Bəzi ticarət işçilərinə
Hər kəs mağazinlərdə ki xidmətdədir, oğlum,Beş gün olarin canları rahətdədir, oğlum!
Alverdə adam var ki, onun öz başı vardır,Yığmış başına hər nə qohum-qardaşı vardır,Minlərcə hər ayda kişinin daşbaşı vardır,Vecsiz bir adam gör nə səadətdədir, oğlum!
Vardır birisi, indi bu sistemdə rəisdir,Qaçmış neçə yerdən, görüb orda işi pisdir.Dövlət malına gözləri olduqca hərisdir,Pul-pul ki deyirlər, o, – ticarətdədir, oğlum!
Pudlarla alıb xırda çörək bəzi şatırlar,Bir az-maz onun böyrünə ağ un da qatırlar,Bəzən bişirirlər, onu xəlvətcə satırlar,Gör indi çörəkxana nə halətdədir, oğlum!
Az-maz tanışıq biz də belə “alver” işiylə,Faktura rəisin verilir göstərişiylə.Çoxdur bu sayaq müştəriyə işlədən hiylə,Bax onlara, sən gör nə xəcalətdədir, oğlum!
Gəzsən mağazinlərdə bular kimləri çoxdur,Bir xeyli müəllim, hələ var bir neçə doktor.Zənn etmə, bunun axırı bir əngəli yoxdur,Hər kim ki bu sistemdə “şərafətdədir”, oğlum,Bir gün görəcəksən ki, qiyamətdədir, oğlum!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-bezi-ticaret-iscilerine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səyyar*Göz mərdümi ki, əşk tökər bir gilə sənsiz,
Çəkdi səni tale bu gülüstanə, gözəl qız!Çəkdi səni tale bu gülüstanə, gözəl qız!Şövq ilə yanaş bülbüli-nalanə, gözəl qız!
Vardı kuyində, xoş ol dəm ki, nigahbanlığımızVardı kuyində, xoş ol dəm ki, nigahbanlığımız,Bu gədalıqda idi aləmə sultanlığımız!
Yarəb, tükəndi cəhl ilə səbrü qərarımızYarəb, tükəndi cəhl ilə səbrü qərarımız,Oldu ziyadə möhnəti-qəlbi-fikarımız.
Başqa şairlərin şeirləri · Satira
Çıxdı ramazan, çıxdı sənin canın, a molla,Başlandı sənin şami-qəribanın, a molla.
Səndən sonra, ey tagi-sər başımaMixail Petroviç Kolyubakinə*Səndən sonra, ey taci-sər, başıma
Qonşularımdan biriGirdi fırıldaq ilə yağlıca bir artelə,Arif olub vermədi vaxtını bir an yelə.
Deyir ("Oylə səngindir ki, əsqali-təəssübdən yüküm")Oylə səngindir ki, əsqali-təəssübdən yüküm, –Gündə min tərpənsə yer, tərpənməz əsla bir tüküm!