Knyaginya Osipova
Səhifə 4 / 4 · 75%
– O, nə qədər mehriban və səmimi qızdır! – dedi.
Şəmsülimarə bina olduğu gündən bu cür bir təntənəni görməmişdi. xŞahzadəə xanım Osipovanın ad günü münasibəti ilə düzələn bu təntənəli ziyafət İran padşahının taxta oturduğu gün düzələn təntənədən daha rövnəqli idi.
Bu təntənəyə İran şahzadəsi Rusiyadan aldığı rüşvət və sahib olduğu maaşdan başqa özünə anasından miras qalan 12 karatlıq bir brilyant üzüyü də Məşədi Kazım ağaya satıb xərc etmişdi.
Ziyafətdə atəşbazlıq etmək İran şahzadələrində adət olduğu üçün Məmmədhəsən Mirzə də böyük bir atəşbazlıq düzəltmişdi. Ziyafətə gələn qonaqlar balkona çıxıb atəşbazlığa tamaşa edirdi, havada açılan fişənglərdə «şahzadə xanım). kəlmələri oxunurdu.
Bu ziyafətdə istər Nina, istərsə də amerikalı qız qonaq qadınlar içərisində birinciliyi qazanırdı. Onların üzərindəki qiymətli daşlar, geyindikləri nəfis paltarlar şahzadə xanımın? diqqətini cəlb etmişdi.
İngilis və Amerika konsulları xşahzadəə Osipovaya əhəmiyyət verməyərək, Nina ilə tanış olmaq və amerikalı qızla məşğul olmaqla maraqlanırdılar.
Amerikalı qız Ninadan ayrılmırdı, çünki o, Nina ilə əl-ələ verdiyi zaman ondan heç gözləmədiyi bir məhəbbət görmüşdü. Nina onun boynunu qucaqlayıb dodağından öpdüyü zaman amerikalı qıza baxırdım. Onun gözlərindən sevinc yaşları axırdı.
Vəliəhd ilə «şahzadə xanımə qol-qola salonda dolandığı zaman mən həqiqətdə də özümü bir ziyafət salonunda yox, bir teatr salonunda hiss edirdim, çünki orada danışılan sözlərin, baxışların və hərəkətlərin hamısı buranın bir ziyafət salonu olmadığını göstərirdi.
Çar konsulunu təbii halında görmürdüm. O, bir məğlubiyyətin qara xəbərini eşidən adamlara bənzəyirdi. Bir yerdə oturmağa aramı yox idi. Gah Yemelyanov, gah ingilis konsulu, gah da Amerika konsulu ilə bir-iki kəlmə danışaraq ayağa qalxır və papiros yandırırdı.
«Şahzadə xanım? da özündə deyildi, o sanki özünün daşıdığı bu ada inanmırdı, gözlərini onun-bunun ağzına dikərək onların nə danışdıqlarını öyrənməyə çalışırdı. Çar konsulunun və «şahzadə xanıməın bu vəziyyəti məni düşündürürdü. Vəziyyətin acı bir hadisə ilə əlaqədar olduğu şübhəsiz idi. Buna görə özüm də həddindən artıq rahatsız idim.
Şam süfrəsində danışılan sözlər də məni yormuşdu. İngilis kralın və Rusiya imperatorunun əzəmətinə deyilən təriflərin hamısı bu iki hökumətin əlində oyuncaq olan cşahzadəyəə yapışdırıldığı zaman mən utanır və tər tökürdüm.
Şam süfrəsi başından qalxdıqdan sonra musiqi və rəqs salonuna keçdik. Vəliəhd də öz xanımı ilə Nina və amerikalı qız gəzən dəstəyə qoşuldu. Bir neçə baş o tərəf-bu tərəfə dolandıqdan sonra vəliəhdin xacəbaşısı içəri girib şahzadəyə gümüş padnosun içində bir məktub təqdim etdi.
Vəliəhd məktubu alan kimi paketin üstünü oxuyaraq:
– Petroqraddandır. Bizim həşətəmli knyaz yazmışdır, – deyərək məktubu açdı və mənə müraciətlə: – Gərək ki, rusca siz yaxşı oxuyursunuz, – dedi və məktubu mənə uzadaraq qabağıma düşüb getdi.
O, yazı otağına girib qapını bağladı. Mən məktubu oxumağa başladım:
«Həşəmətli şahzadə!
10 yanvar tarixli məktubunuzu aldım. Xanədanınızın nəcibliyi və özünüzün Rusiya imperatorluğu ilə olan səmimi dostluğunuzu təsdiq etməklə bərabər, bacım haqqında yazdığınız bir neçə cümlənin heyrətimə səbəb olduğunu sizə bildirmək istəyirəm. Mənim bacım Petroqraddadır, özü də xəstədir. Osipovlar ailəsinə mənsub olan qadınlardan bir nəfər də olsa əcnəbi məmləkətlərdə yoxdur. Bu barədə Təbriz konsuluna da məsələnin yoxlanılması və bizim familiyamız altında İran saraylarına soxulan qadınların kimliyini təyin etməsi tapşırılmışdır.
K.Osipov
Petroqrad, 29 yanvar 1916 p.
Vəliəhd qulaqlarına inanmayan adamlar kimi gözlərini mənim üzümə dirəyib mat-mat baxmağa başladı və dəli olan adamlar kimi farsca:
– Xudavənda, in çi rusvaist? "—deyərək titrədi və mənə sual verdi:
– Doğrumu söyləyirsiniz? Bu məktub, doğrudan da, knyazdandırmı?
Mən ona knyaz Osipovun özünəməxsus çap olunmuş blankın üstündə yazılmış məktubun imzasını göstərdim.
– Özünüz ki, az-çox rusca oxuya bilirsiniz, buyurun, boş vaxtiniz olduğu zaman məktubu bir daha oxuyarsınız. Doğrudan da, həzrəti-vala üçün bu hadisə böyük bir rüsvayçılıqdır.
– Mən bilmirəm ki, bu məktubu knyaza mənim dilimdən kim yazmışdır?
– Bu barədə də düşünmək və bu adamı axtarmaq lazımdır.
– İndi mənim çarəm nədir? Mən nə edə bilərəm? Mənim Tehranın yanındakı mərtəbəm də bərbad oldu. Bu nanəcib qadın kimdir? Konsul nə üçün naməlum qadınla məni tanış edir?
– Həyəcan və təlaş göstərmək lazım deyil. Həzrəti-vala özünü itirməməlidir. Siz bu məsələni ziyafətdəki qonaqlara da hiss etdirməməlisiniz. Ancaq fürsət olduğu zaman bunu cənab konsula buyurarsınız, o sizin dostunuzdur, özüdə ağıllı adamdır, hər nə məsləhət görərsə, elə də etməlisiniz, çünki bu rüsvayçılıq yalnız həzrəti-valanın deyil, eyni zamanda cənab konsulunda nüfuzunu ləkələyə bilər.
Vəliəhd yenə də yanılaraq farsca:
– Qurban qeyrəti-şüma!? – dedi. – Bu məsələni heç kəs bilməsin. öz yanımızda qalsın.
: İlahi, bu nə rüsvayçılıqdır?1
7 Qeyrətinə qurban olum.
– Mənim də fikrim budur. Gərək bir kimsə bilməsin, – deyərək qalxdım.
Mən salona girəndə çşahzadəə xanım da gözünü qapıya dikərək vəliəhdi gözləyirdi. Lakin vəliəhd salona gəlmədi. Mən bir tərəfdə oturub Nina ilə rəqs eləyənlərə tamaşa edirdim. Bir neçə dəqiqədən sonra gəlib general-konsulu çağırdılar. Heç şübhə yoxdur ki, onu vəliəhd çağırmışdı. Konsul çox yubandı, gecə keçirdi, qonaqlar vidalaşmaq üçün vəliəhdi gözləyirdi. Lakin vəliəhd salona girmirdi, xacəbaşı gəlib məni çağırdı, mən qonaqlara hiss etdirmədən getdim. Konsul və vəliəhd kiçik bir kitabxanada oturmuşdu. Konsulun çöhrəsi böyük sərvəti uduzmuş qumarbazın çöhrəsini təsvir edirdi, vəliəhd isə başını əlləri arasına alıb oturmuşdu. Onun bütün varlığı konsula qarşı etiraz bəslədiyini göstərirdi.
Konsul məni görən kimi:
– Əyləşin dostum! - dedi. – Bu cür işlər çox olur. Qadınlar belədir. Onları qılafından çıxarıb içərisini öyrənmək mümkün deyildir. Onların soğan kimi yüzlərlə qabığı vardır.
Çar konsulu qadınları bu cür sözlərlə təsvir etdikdən sonra çiynimə qoyub:
– Çox yaxşı oldu ki, bu sirr başqalarının əlinə düşmədi, çünki bu kimi işlər başqalarına bildiriləcək işlər deyil, burada hökumətin nüfuz məsələsi vardır. Rica edirəm ki, bu sirr aramızda qalsın.
Mən çar konsuluna bu sirrin gizlində qalması üçün söz verib salona gəldiyim zaman, bir çoxları getmişdir. Biz Nina ilə bərabər salonu tərk etdikdə cşahzadəə xanım irəli gəlmədi, o bizim onun yanına gedib vidalaşmaq üçün icazə istəyəcəyimizi gözləyirdi. Biz ona əhəmiyyət vermədik, ancaq qapıdan çıxarkən dönüb arxaya baxdıqda «şahzadə? xanımın rəqs salonunda təkcə durub düşündüyünü gördüm. Şübhəsiz ki, çar casusu xanımlığının bu anlardan başlayaraq bitdiyini düşünürdü.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-knyaginya-osipova
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Birdən-birə dünyaya böyük ğülğülə düşdü,Bu ğülğülədən ali-Roman müşkülə düşdü.
Məktəb nəyə lazım?Bica söz imiş məktəbi-irfan, məni tari,Bifaidədir dərsi-dəbistan, məni tari.
Olursa!Naxçıvan, İrəvan xan, bəylərinin, Ordubad qırmızısaqqallarının, Bakı, Quba başıqırxıqlarının və Kürdəmir başı hanalı cavanlarının əhaliyə müraciəti:*Vətəndaşlar!*
Ağbaşlar içtimainin qətnaməsiŞükr-lillah almışıq hürriyyəti bundan sora,Saxlamaq bu əski ruhaniyyəti bundan sora.