Səhifə 3 / 5 · 40%

Kim bilir, bəlkə də, Mahru onu gözəl və yaraşıqlı bir gənc duğu üçün sevirdi, çünki o hər cəhətcə gözəl idi, onu hər bir qa bir kişi kimi sevə bilərdi. Lakin onun başqa kişilərə nisbətən bir: müsbət cəhətləri də vardır. O, olduqca soyuqqanlıdır, bəzi qəh manlar kimi əsəbi deyildir, gördüyü iş üzərində düşünərək çalı. Tütünçüoğlunun müsbət cəhətlərindən biri də daim səhv etməm: çalışması idi. O, inqilab günlərində xalqın həyatını öz həyatın daha qiymətli bilirdi. Tütünçüoğlunun varlığında qoyulmuş tox onun ən seviləcək cəhətlərindəndir.

Mən döyüş günlərində ondakı bu cəhətləri bir çox zaman təcrübədən keçirdim. O, Maralan və Göy Məscid səngərlərinin qabağında gedən müharibələr zamanı səngərlərin qarşısında tökülən yüzlərlə düşmən meyitlərinin üstündəki zənginliyə əsla etina etməz və bəzi acgözlər kimi qızıl və gümüş axtarmazdı. O, ac günlərdə belə öz toxluğunu göstərməyə və mücahidləri də buna öyrətməyə çalışardı.

Hərgah Mahru bu cəhətlər üçün Tütünçüoğlunu sevirsə, o, ən ağıllı və xoşbəxt bir qadın sayıla bilərdi.

Lakin bütün bu saydıqlarım xüsusiyyətlərə baxmayaraq, qadın sevgisinə təkan verə biləcək səbəbləri öyrənmək çox çətin idi. Buna nə ruhiyyat alimi olmaq, nə də filosoflar içində görkəmli yer tutmaq kömək edə bilməzdi, çünki son vaxtlar mənə aydın oldu ki, ruhiyyat alimləri və başqasının ruhunu, başqasının dəruni xüsusiyyətlərini ancaq öz ruhi və öz dəruni xüsusiyyətləri ilə ölçürmüşlər. Onlar öz nəzəriyyələrində insanın hər birinin bir cür xasiyyətə malik olduğunu və bir-birinə oxşamadığını tamamilə unutmuşdular.

Bunun kimi fəlsəfəçilərin özü də həyat və sevgi fəlsəfəsini öz həyatı və orqanizmi ilə ölçmüş və özündəki xüsusiyyətləri başqalarının orqanizminə tətbiq etməyə çalışmışdır.

Mən Ninanı tanımaq və onun xüsusiyyətlərini öyrənmək işində özümdə mövcud olan xüsusiyyətləri əsas olaraq aralığa tökür və onun içərisindən Ninanı axtarırdım, halbuki Ninanı Ninada aparmaq və Ninadan öyrənmək lazım idi. Mən bu neçə illərin ərzində onu öyrənə bilmədiyim kimi, Mahrunu də öyrənə bilməmişdim. Buna görə də Tütünçüoğlunu nə cəhətə sevməsi üzərində düşünməyi artıq görüb, əsas məsələ üzərinə keçərək Əsədə dedim:

– Əsəd, bu gün Mahru xanımın gətirdiyi xəbərlər göstərir ki, səni bir təhlükə təqib edir. Rəşidülmülkün tapşırığına görə, Kazım Davatgəroğlu və Sallax Süleyman səni və məni öldürmək xəyalındadır. Bu gündən etibarən ehtiyatlı olmalısan. Bu barədə özümüz birlikdə oturub məsləhətləşərik.

uk:

Mən Hacı Səməd xanın xəstələndiyini eşitmişdim. Təbiidir ki, bu xəstəlik fiziki xəstəlik deyildi, o, hər zaman İranın Rusiya və İngiltərə siyasətində mühüm bir dəyişiklik olduğu və özünün mövqeyi təhlükə qarşısında qaldığı zaman xəstələnməyə adət etmişdi.

Bu günlər vəliəhd Məhəmmədhəsən Mirzənin Təbrizə gəlməsi məsələsi yenə də dillərdə gəzirdi. 1914-cü ilin iyunundan başlamış bu məsələ dünya müharibəsi nəticəsində təxirə düşmüşdürsə də, o yenə də Tehran hökumətinin zehnindən silinməmişdi.

Hacı Səməd xan, vəliəhdin Təbrizə rusların razılığı ilə gəldiyini və Rəşidülmülkün də ona müavin təyin edilməsi təklifinin ruslar tərəfindən irəli sürüldüyünü də gözəlcə bilirdi. O, uğrunda bütün vicdanını qurban verdiyi çar hökumətinin bu vəfasızlığına qarşı özünü təhqir edilmiş kimi hesab edir və xəstələnirdi.

Mən axşam saat on birdə Hacı Səməd xanın səhhətini soruşmaq bəhanəsi ilə onun yanına gedirdim. Mən təzə hadisələr və təzə ma- «əra hazırlıqları barəsində ondan bir şey əldə etməyi düşünürdüm. Buna görə də onu evində tək yaxalamaq üçün gecə saat on birdə getməyi münasib görmüşdüm. Evdən faytona oturub Nizamüddövlə bağına gedincəyə qədər küçələrdə bir nəfər də olsun rastımıza çıxmadı, zatən bu adət İran şəhərlərinin hamısında mövcuddur, çünki şəhər küçələrində fənər yandırılması adət deyildi, şəhər idarəsinin sistemində şəhərin işıqlandırılmasına dair heç bir maddə də yazı!mamışdır. Buna görə də gecələri bir tərəfə getmək istəyən varlı və aristokratiya öz evində dörd-beş nəfər fənərçi saxlamağa məcburdur. Adi adamlar isə bir tərəfə getdiyi zaman mütləq əlində fənər götürməlidirlər.

Xüsusən payız zamanları, Təbriz küçələrindən gecələr keçmək daha da çətindir. Küçələrə daş döşənmədiyindən yağış və qar suyundan dolmuş gölməçələr, gecə küçəyə çıxanlar üçün böyük bir təhlükə yaradır.

Təbriz küçələri Qafqaz şəhərlərində olan küçələrə bənzəmir, çünki Qafqaz şəhərlərinin küçələrində fənər yanmayan zamanda da gecələri gəzmək mümkündür, çünki evlərin pəncərələri hər yerdə küçələrə baxır, pəncərələrdən küçələrə işıq düşür.

İran şəhərlərində küçələr və binaların quruluşu tamamilə başqa cürdür. Şəriət və mövhumat iranlıları gecə pəncərə işıqlarından istifadədən də məhrum etmişdir.

Şərq şəhərlərində, xüsusi olaraq Təbrizdə hərəmlərdə və ailələrdə yaşayan qadınların naməhrəmə kişilərə baxmaması üçün evlərin birində də küçəyə pəncərə qayırmamışlar. Buna görədir ki, içərisi ccənnəbə kimi təriflənən Şərq evlərinin bayırı palçıq hasarlardan ibarətdir.

Buna görədir ki, palçıq hasarlar içərisində çürüyən Şərq qadınlığı hələlik təbii bir sərvət kimi torpağın içərisində qalmaqdadır. Son gecələr isə xalqın küçələrə çıxa bilməməsində başqa səbəblər də var idi. Payızın son günləri idi, isti paltar görməyən və payız ağacları kimi çılpaq gəzən Təbriz yoxsulları artıq bütün Şərq ölkələrində olduğu kimi axşam saat doqquz olmadan başını kürsünün altına soxub yatmışdı. Yoxsullar soyuqdan, varlılar isə qorxusundan bayıra çıxa bilmirdi.

Küçələrdə səs-səmir yox idi, hərdənbir əndərunlarda çalınan musiqinin səsi palçıq hasarları deşib bayıra çıxmaq istəsə belə, soyuq küləklər onu qulağın girəcəyindən qapıb uzaqlara aparırdı. Gündüzləri müxtəlif səslərlə arı pətəyi kimi qaynaşan və Şərqə məxsus əyləncə təşkil edən Təbriz şəhəri gecələri də öz sükutu ilə başlı-başına buraxılmış köhnə bir qəbiristan mənzərəsini xatırladırdı.

Uzaqdan görünən məscid günbəzləri bir qara tısbağanın yatışı qədər sakit, alçaq tağlı qapılar isə palçıqdan düzəlmiş bir məqbərənin bacası kimi qəmgin-qəmgin baxırdı.

Möminlərin səhər qüsl etməsi üçün hazırlanan hamamların bacasından qalxan boz tüstülər, vulkan dağıtmış xarabalıqdan qalxan dumanlar qədər insana qəmginlik verirdi.

Şərq xalqının müqəddəsləri dəfn edilən və hazırda siğəxanaya çevrilən məqbərələrin bacasından görünən sönük və şübhəli işıqlar, Şərq nağıllarında göstərilən qırx həramilər (yol vuranlar) məkanının qorxulu təsirlərini verirdi.

İnsan vücudlarını yeyən məhlə qəbiristanları uzaqda bir bataqlıq kimi görünür, qəbirlərin yanında qoyulmuş köhnə tabutlar isə bataqlıqdan kənara çıxan bir timsah kimi sanki insanın üzərinə hücum edirdi.

Nizamüddövlə bağına, Təbriz xalqını qanlarda boğdurmuş canavarın yuvasına və minlərlə nahaq ölümün fitvası çıxan qapıya yetigirdik. Qaranlıqlarla əhatə edilmiş bağın qapısında yanan lampa (Min bir gecəə hekayəsinin cadugər qadını Dəlilə Müxtalənin çar- .ab altından baxan hiyləgər gözləri kimi işıldayırdı.

Fayton dayandı. Atlar dərin bir nəfəs alaraq öskürdü, silkələnərək gölməçələrdən üzərinə sıçramış palçıqları tökdü: Hacı Səməd xanın adamları irəli gəlib əllərindəki fanarlarla bizi yoxladılar, adımı soruşdular, çünki telefonla valinin səhhətini soruşmaq üçün gəldiyimi evdən çıxdığım zaman bildirmişdim: onlar məni içəri buraxmaq üçün icazə verildiyinə baxmayaraq, yenə də gedib keşikçibaşıya xəbər verdilər. Keşikçibaşı iki nəfər silahlı adamla əllərində fənər bağdan bayıra çıxıb faytona tərəf yanaşdı və gecənin adını xəbər aldı. Mən gecənin adını dedikdən sonra keşikçibaşı əlini döşünə qoyaraq:

– Cənab ağa buyura bilər! – deyib yaltaqcasına yol göstərdi.

Bağa daxil olduq. Mən həmişə bu bağa girdiyim zaman özümü fəna hiss edərdim, bu bağ özünün gözəlliyinə baxmayaraq, öz görünüşü ilə insana bir bağdan alınan zövqü yox, Şərq zindanlarına məxsus inkvizisiya məhəllinin təsirini verirdi.

Mən balkona çıxdığım zaman Məmmədəli şahın mərsiyəxanı, məşhur Təbriz əks-inqilabçısı, Sultanüzzakirinin də Hacı Səməd xanın yanından çıxıb getdiyini gördüm."

İçəri daxil oldum. Hacı Səməd xan əyninə xalat geyinmişdi, başında isə tirmədən tikilmiş gözəl və qiymətli bir şəbkülah vardı. O məni görən kimi özünü şad göstərməyə çalışdı və əlimi sıxdı, oturmaq üçün icazə verdi, oturdum, özü də əlini belinə söykəyib, doğrudan da, bir xəstə kimi əyləşdi.

Hacı Səməd xan mənim balkonda Sultanüzzakirinə rast gəldiyimi bildiyindən, söhbəti birinci olaraq buradan başladı:

– Yaxşı adamdır, lakin ehsan və hədiyyə istəməyin vaxtını bilmir, – dedi.

Bununla Hacı Səməd xan çar casusu olan bu mərsiyəxanın ancaq ehsan istəmək üçün gəldiyini bildirməyə çalışırdı. Mən də bunun cavabında:

– Xatirini çox istəyirəm, lakin ehtiyac içərisində olduğunu bilmirdim, – dedim. – Bilmiş olsaydım, bu cürə xırda işlərdən ötrü həz-

I Sultanüzzakirin Təbriz əks-inqilabında birinci rolu oynamışdır. Səttar xan 1909-cu ildə qalib gəldiyi zaman o, Qafqaza qaçmışdı. İnqilab boğulandan sonra bu mərsiyəxan da Hacı Səməd xanla bərabər Təbrizə girmişdi. rət əşrəfə əziyyət verməsinə razı olmayıb, özüm onun ehtiyacını təmin edərdim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

XIII. Əminənin romanı

Raya özünün haraya və kimin evinə aparıldığını bilmirdi. Çünki onu örtülü faytonda və görmədiyi küçələrlə aparırdılar. Raya fayton atlarının inildəyərək yoxuşa dırmandığını görürdü.Raya faytonda təkcə oturmuşdu. Faytonun sağ-solunda iki başqa fayton da gedirdi. Bunlar, Rayanı həbs etməyə aparan Bakı qoçularının faytonları idi.

24 dəq
XIV. Sui-qəsdlərin vahid cəbhəsi

İyul ayının 25 və 26-da davam edən tarixi iclas bu gecə öz qəti qərarını verəcək idi.Son iclasda özlərini necə aparmaq üçün dillişmək istəyənlər Elçiyanın evinə toplanmışdı. Bu iclas menşevik, eser və daşnaqların bolşeviklərə qarşı düzəltdiyi sui-qəsdin vahid cəbhəsi idi. Bu iclasdakılar İngiltərə imperializminin komandası ilə Şaumyana qarşı çıxışa hazırlaşırdılar.

20 dəq
XV. Biçeraxov cəbhədən çəkilir

Bolşeviklərin tələbi nəticəsində buraxılmış erməni milli soveti, bolşeviklərin iş başından çəkilməsi ilə yenə də fəaliyyətə başladı və açıq iclas açmağa cəsarət etdi. Bu gecə Araratyanın evində toplanmış milli sovet bolşeviklərdən sonra düzələn hökumətdə necə iştirak etmək məsələsini müzakirəyə qoymuşdu.Ester bu iclasa çox böyük diqqət verirdi. Çünki burada bolşeviklərin süqutu məsələsi danışıldıqda, Ester öz sevgilisi Vahanın da bədbəxt olacağından qorxurdu. Ester bolşevik hökumətinin süqutunu öz talesizliyi kimi hesab edir və bu barədə düşünürdü.

11 dəq
XVI. Raya qaçdı

Divar saatı gecə saat bir zəngini təzəcə vurmuşdu. Bu gecə nədənsə Raya xanımın şam yeməyi çox uzun çəkdi, balkonun o biri tərəfində duran gözətçi qoçunun səbri tükənmişdi. Raya qarşısına qoyulan yeməklərdən başqa yenə xörək tələb edirdi. Əminə onun tələblərini yerinə yetirir və özü də onunla bərabər oturub söhbət edir və yeyirdi.Nəhayət, qoçu Əminəni səsləyərək:

6 dəq

Başqa şairlərin şeirləri