Səhifə 4 / 4 · 75%

Leyla xanım Esteri onlara təqdim edərək dedi:

– Xanım Esterdir. Atası məşhur anqlofil və erməni milli sovetinin nüfuzlu üzvlərindən, daşnaq partiyası rəhbəri doktor Araratyanın qızıdır.

İngilis miralayı və siyasi nümayəndəsi onun əlini sıxdı və doktor Araratyana yanaşaraq:

– Xoş gördük, bizim əski dostumuz, – dedilər.

Leyla xanım hökumət üzvlərini qonaqlara təqdim etdikdən sonra Sadovskini xüsusi bir şivə ilə tanıtdı:

– Bu cənab əlahəzrət Sadovskidir. İkinci internasionalın Bakı nümayəndəsidir. Hökumət təbəddülatında birinci rol oynayan bu cənab, ingilislərin yardıma dəvət edilməsi işində də bolşeviklərlə birinci mübariz olmuşdur. Mən Zaqafqaziya xalqı üçün yeni həyat quran bu cənabı cənab miralaya təqdim etməklə özümü bəxtiyar hesab edirəm.

Leyla xanımın bu sözlərində Sadovski özünü məğrur tutdu. Hətta o, ingilis miralayına necə əl uzatdığını və nə dediyini də bilmədi.

Leyla xanım hökumət üzvlərini bir-bir təqdim edir, onlara yaraşmayan bəzəkli və nəşəli sözlər söyləyir, tərif edirdi.

Hökumət üzvləri Tiq-Çonson, Leyla xanım və Ester yanlarındakı adamlarla körpüdən çıxaraq hazırlanmış mənzillərə getdilər.

Ayollo getməmişdi. O, durub gözləyirdi. Onun fikrincə üç yüz minlik İngiltərə ordusunun qabaq dəstələrini gətirən gəmilər Limana girəndə liman yeni bir şəhər kimi görünəcəkdir. Lakin bu bir xəyal olaraq qaldı. Menşevik arzuları hər yerdə olduğu kimi burada da sabun köpüyü kimi uçub getdi. Limana «Kursk» gəmisindən başqa gələn olmadı. O, küçəyə çıxaraq tamaşaya gələn camaatın arasına girdi və gözlərini qapıya dikdi. Körpünün küçəyə doğru böyük qapıları açıldı.

1-ci növbədə Kent alayının bir bölük saldatı gözə çox görünmək üçün qapıdan eşiyə çıxıb iki-iki düzüldü. Sonra Stafford alayının 200 nəfərlik dəstəsi də çıxaraq iki-iki durdular. Daha sonra, kral səhra topxanasından gətirilən bir neçə yüngül topu küçəyə çıxartdılar. Onun dalınca yeddi kiçik yük maşını göründü. Bunlardan ikisinə yalnız patron və başqa hərbi ləvazimat yüklənmişdi. Sonra «pulemyotçu meymunları» qucağında tutan dörd nəfər ingilis saldatı çıxdı. Saldatlar Ayollonun yanından keçərkən meymunlardan biri Ayollonun üzünə baxaraq ucadan mırıldadı və dişini ağartdı. Saldatlar isə bu vəziyyətə gülüb keçdilər. Sonra bir neçə yaşlı at və otuza qədər İraq qatırı küçəyə buraxıldı.

Ayollo hələ düşünürdü. O qəlbində: «Hələ bu deyil, dalısı var» deyə ümid bəsləyirdi. Ayollonun xəyalında bütün Abşeron yarımadasını dolduran yüz minlərcə «nicat ordusu» hazırda Qafqaz-Merkuri körpüsünün kiçik meydançasını da doldura bilmirdi.

Şiddətli şimal küləyi əsirdi. Küləklər Ayollonun saçlarını pozduğu kimi ordunun azlığı da onun ürəyindəki ümidləri darmadağın edirdi. O, xəcalətindənmi, acığındanmı tərləmişdi. Şimal ruzigarı Stafford batalyonu ilə gələn şotlandiyalı saldatların ətəyini nicat üçün gələn mələklərin qanadları kimi oynatdığı zaman, Ayollo yerində quruyub qalmışdı. Ayollo indi daha başqa cürə düşünür və qulaqlarında da başqa səs eşidirdi. O özünü Bakı Sovetinin 26 iyul tarixli iclasında hiss edirdi. Sanki Şaumyan xitabət kürsüsündən üzünü ona tutaraq deyirdi: «Sovet hökuməti bizə çoxlu ləvazimat göndərir. Bu gün Astraxandan beş barj ləvazimat gələcəkdir. Göndərilən ləvazimat 80 top, 160 pulemyot, 10000 tüfəng, 2000000 patron, bir çox paltar və sair şeylərdən ibarətdir».

Ayollo özünə gəldi. Bu səsin bir xatirə olduğunu anlayıb dedi:

– Eybi yoxdur, nə olur-olsun, təki bolşeviklər olmasın! Bizə də bu lazım idi.

Bir saat bundan əvvəl, yüzlərlə kəmilərdən Bakıya yüz minlərcə nəcib ingilis tökən gözlüklü qoca menşevik durub düşünürdü, sanki onun da qulağında bir səs çinkildəyərək deyirdi:

«Dörd yüz qoşun, yeddi yük maşını, üç-dörd samovar trubası, üç dənə də kiçik Hindistan meymunu».

Bu səs, menşeviklərin küçə təşviqatçısı ilə mübahisəyə girişən işçinin səsi idi.

Bu vaxt türklər çəbhəsindən gələn top mərmiləri şəhərin müxtəlif yerlərinə düşür, Petrovun topları isə düşmənin hücum xətlərini atəşə tuturdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Axtarışlar

Alman-osmanlı nüfuzunun nümayəndələri Təbrizi boşaltmazdan əvvəl, inqilab komitəsi bir neçə məsələni də həll etmək istəyirdi.Həmin məsələlərdən birisi də sabiq alman konsulxanası, tərcümanlarından Əbülfət Mirzənin evini axtarmaq və bəzi məsələləri aydın etməkdən ibarət idi. Bizim aldığımız məlumata görə almanlar Əbülfət Mirzənin vasitəsilə Təbrizdə bir çox işlər görür və adamları öz ətrafına yığırdılar.

17 dəq
Sərdar Rəşidin evində axtarış

Alman konsulxanasına məxsus vəsiqələr yoxlandığı zaman bizim üçün gizli və qismən də şübhəli qalan bir çox məsələlər həqiqət şəklinə keçdi. Biz bu vəsiqələrdən sərdar Rəşidin iş mteodunu və kimlərlə əlaqədə olduğunu, hansı hökumətə satıldığını təyin etdik. Sərdar Rəşid almanlara böyük bir para müqabilində böyük vədlər vermişdi. Bir tərəfdən İran valisi olan bu adam, o biri tərəfdən də hələ Helminin dəstəsi Təbrizə girməzdən əvvəl Almaniya dövlətindən yüz min tümən para alıb bunun müqabilində hökumətə təyin olunduğu zaman yerli xalqları rusların əleyhinə qaldırmaq və Təbrizdə toqquşmalar yaratmağı öhdəsinə götürmüşdü.Əbülfət Mirzənin evindən tapılan yazılı vəsiqələr sərdar Rəşidin bu xəyanətini sübut edirdi. Buna görə 4di ki, Helmi ilə birləşərək bizi həbsə almaq və Təbriz xalqını rus təbəələri və Təbriz erməniləri üzərinə qaldırmağa çalışırdı.

10 dəq
Gizlin sirlər

Helmi və İbrahim Fovzi öz dəstələrinin qalib gələ bilməyəcəyini lazımınca təyin eləmişdi, çünki bir alay qüvvətində də olmayan bu dəstə Rusiyanın güclü qoşun hissələri ilə deyil, Araz çayı kənarındakı sərhəd qarovulları ilə də qarşı-qarşıya gələ bilməzdi. Lakin bunlar Türkiyə ərkani-hərbinin qərarını həyata keçirməli idi. Tam bu günlərdə Ənvər paşa Sarıqamış və Kars üzərinə hücuma başlamışdı. Helminin dəstəsi İran və Aleksandropol dəmir yollarını işğal etməklə rusların arxasını təhdid edəcək və Ənvər paşanın Kars tərəflərini əldə etmək hərəkətini asanlaşdıracaqdı. Bu səbəbdəndir ki, Helmi Təbrizdə özünə verilən nəsihətləri və göstərilən həqiqətləri qəbul edə bilmədi, o, min nəfərlik bir dəstəni məhv etsə belə, 30 dərəcə soyuqda Sarıqamışa hücum edən Ehsan paşa qol ordusunun hərəkətinə yardım göstərməli idi. Helminin ərkan-hərbi Sofyanda idi. Onun dəstəsi isə Sofyanın şimalında və şimal-şərqindəki möhkəm mövqelərdə yerləşdirilmişdi.Helminin gecə ikən Təbrizi buraxması və orada heç olmazsa yüz nəfərlik bir qarnizon qoymaması özlərinin gələcəkdə Təbrizə girəcəklərindən ümidlərini kəsdiklərini göstərirdi, onlar pozulub çəkiləcəklərini Təbrizdən hərəkət etməzdən əvvəl bilirdilər.

10 dəq
İntihar ərəfəsində

Birdən-birə yadıma düşdü. Miss Hannanın nə vəziyyətdə olduğundan xəbərim yox idi. Şübhəsizdir ki, o, osmanlılarla bərabər çəkilib gedə bilməyəcəkdi, çünki onlar çəkilərkən Təbrizə girə bilmədilər. Miss Hannanın özü də Helmi ilə bərabər getmək istəmirdi, o, «Təbrizdə məhv olmaqdan qorxmuram, lakin osmanlılara qoşulub getməkdən qorxuram? demişdi.Mən miss Hamnanı, rus qoşununun qabaq dəstələri şəhərə girdiyi zaman xatırladım. Şeşgilandan gəlirdim, yolum onun qapısından düşəcək idi. Onunla görüşməyi və vəziyyətini yoxlamağı düşünürdüm. Mən onun qapısının qabağına gəlirkən xidmətçisi kiçik təbrizli oğlan məni görər-görməz dəhşətli bir surətdə:

9 dəq

Başqa şairlərin şeirləri