Axtarışlar
Səhifə 1 / 3
Alman-osmanlı nüfuzunun nümayəndələri Təbrizi boşaltmazdan əvvəl, inqilab komitəsi bir neçə məsələni də həll etmək istəyirdi.
Həmin məsələlərdən birisi də sabiq alman konsulxanası, tərcümanlarından Əbülfət Mirzənin evini axtarmaq və bəzi məsələləri aydın etməkdən ibarət idi. Bizim aldığımız məlumata görə almanlar Əbülfət Mirzənin vasitəsilə Təbrizdə bir çox işlər görür və adamları öz ətrafına yığırdılar.
İkinci məsələ sərdar Rəşidin evinin axtarılması və onun son günlərdə oynadığı rolların nədən ibarət olmasını aydınlaşdırmaqdan ibarət idi, çünki biz sərdar Rəşidin sirlərini əldə etmədiyimiz və onu özümüzə təslim etdirmədiyimz təqdirdə o, ruslar Təbrizə gəldikdən sonra bizi çar konsulu vasitəsilə məhv edə bilərdi, əlbəttə, o bizim gizli təşkilat başında durduğumuzu artıq bilmişdi. O bizim silahlı dəstəmiz olduğunu bilirdi, o bizim sirlərimizi öyrənmişdi, inqilab komitəsinin başında kimlərin durduğundan xəbərdar idi.
Mən sərdar Rəşid hökumət dairəsində olduğu zaman Mahru xanımı telefona çağırdım. Şərtimizə görə Mahru danışanın özü olduğunu mənə bildirmək üçün iki kərə 4Bəli, bəli işarəsi verməli idi. Mən də Xanım telefona zəhmət çəkə bilərmi?) – deyə işarə verməli idim. Mən dəstəyi götürüb səsləyən kimi qadın səsi gəldi və Bəli, bəli sözlərini eşitdim.
Mən dübarə:
– Telefonda kimdir? – dedikdə yenə də Mahrunun zərif səsini eşitdim:
– Mahrudan başqa kim ola bilər? Siz kimsiniz?
– Sizin səmimi dostunuzdur.
– Əbülhəsənbəydirmi?
– Hərgah bu ad sizi maraqlandırırsa, bir daha təkrar edirəm. Bəli, Əbülhəsənbəydir.
– Adınızın məni maraqlandırdığını özünüz məndən daha yaxşı bilirsiniz.
– Telefonla ancaq bu qədər danışmaq mümkündür, sizinlə birlikdə oturub danışmaq istəyirəm, – dedikdə Mahru:
– Mümkündür, – deyə cavab verdi.
– İndi bu saat bizə gələ bilərsinizmi?
– Bu saat gələrəm.
Bu söhbətdən yarım saat keçmədən Mahru xanım faytonla gəldi. O bu gün tələsirdi, buna görə də yerə oturan kimi dedim:
– Mahru bacı, sizi bura ən mühüm bir işdən ötrü çağırmışam. Sərdar Rəşidin portfelindəki hökumət möhrü bizə lazımdır.
Mahru bir az düşündü, sanki bu söz ona çox yersiz gəlirdi, buna görə də mənə sual verdi:
– Mən o möhrü götürüb buramı gətirməliyəm?
– Xeyr! – dedim. – Onu sərdar Rəşidin boş blanklarının üstünə basıb bizim üçün gətirməlisən. Bizim ona bərk ehtiyacımız vardır.
– Bu mümkündür. Nə qədər olsun?
– Hərgah onun blankları çoxdursa, on dənəsinə möhür vurub gətirərsiniz, hərgah azsa, götürüldüyü şübhə doğrurarsa, bir-ikisini gətirdin.
– Sabah saat 9-da onları burada təhvil ala bilərsiniz. İndi də məni eşidin: sərdar Rəşid Helminin dəstəsi barəsində Qafqaz canişininə və Tiflisdə olan çar konsuluna təfsilən məlumat göndərdi, onların burada çətin və çıxılmaz bir vəziyyətdə qaldıqlarını xəbər verdi. Onların xalqı qarət etməsi və incitməsi, buna görə də xalqın köməyindən məhrum olması və sair işləri teleqramla yazıb bildirdi. Nə cürə siyasətdirsə anlamıram, ancaq sizin barənizdə çar konsuluna çox müsbət məlumat vermişdir. Məlumatda göstərilmişdir ki, hərgah Əbülhəsənbəy yerlilərdən cözünümüdafiəə dəstəsi düzəltməsə idi, başıpozuqların başçılarını qorxudub tərk-silah etdirməsəydi, onlar Təbrizi qarət edəcəkdi. O sizin yalnız şəhərin müsəlman hissəsini deyil, erməniləri də qətl-qarətdən mühafizə etdiyinizi, qarətləri və cərimələri qaytarmaq və Təbrizi təcili surətdə boşaltmaq üçün onlara qəti tələbnamə verdiyinizi konsula teleqramla bildirmişdir.
Mən Mahrunun bu sözlərindən sonra gülərək:
– Bunları yazmağa məcburdur, – dedim, – çünki o, bir tərəfdən şəhərin qarət olunması üçün başıpozuqlara kömək vermiş, o biri tərəfdən də bizi həbsə aldırmaq üçün öz evində ziyafət təşkil etdirmişdir. Onun bütün xəyanətlərini isbat edəcək vəsiqələr bizim əlimizdədir, o bütün varlığı ilə bizim əmrimizə bağlıdır, çünki sirlərini əlimizə almışıq, ruslar bura gələn gün biz onu nüfuzdan salar və həbs etdirə bilərik. Erməniləri və rus təbəələrini qırdırmaq və qarət etdirmək üçün çıxarılan qərara da imza etmişdir. Mən bu saat onun yanına gedirəm, ona başqa bir məsələni də təklif edəcəyəm, bu məsələni də ona qəbul etdirsəm, əlini və qolunu hər tərəfdən bağlamış olacağam. İndi siz mənə deyin görüm sərdar Rəşidin sərəncamında silah vardırmı?
– Vardır. Bu saat da anbarda dörd yüzə qədər rus və üç yüzə qədər də Avstriya tüfəngi vardır. Bir sandıq da bomba var.
– Bunları bilmək istəyirdim. İndi gedə bilərsiniz. Sabah saat 9-da sizi burada gözləyəcəyəm. Bağışlayın, sizə zəhmət verirəm. Salamat qalın.
kok
Mahru daim olduğu kimi yenə də özünə tapşırılan bu vəzifədən şadlandı. O, vəzifəni sevirdi, onun buna həddindən artıq həvəsi var idi, sanki bu möhkəm iradəli Azərbaycan qızı gizli iş aparmaq üçün doğulmuşdu. Onun üzərində Ninanın da böyük təsiri var idi, Mənə elə gəlirdi ki, bu qızın inqilaba olan bu qədər sıxı rəğbətinə başqa bir məsələ də təkan verirdi. Bu qız inqilabi nəzəriyyə cəhətincə savadsız idi, marksizmdən xəbərsiz idi və sinfi mübarizə yollarını da tanımırdı. Buna görə də bizim qarşımızda belə bir sual dururdu: bu qız nə səbəbə görə inqilaba kömək edir?1
Məncə, Mahrunu lazımınca öyrənə bilən hər bir adam yuxarıdakı suala belə bir cavab verə bilərdi:
– Mahru inqilabçı deyil, lakin o, inqilabı sevir, çünki inqilab azərbaycanlıları müdafiə edir, onlar üçün azadlıq ümidi verir, çünki inqilabçılar yoxsulların və əzilənlərin dostudur.
Eyni zamanda inqilab onun böyük düşməni olan sərdar Rəşidin də düşməni idi. Bütün bu səbəblər Mahrunu inqilabçılara bağlamışdı. Bu qızın gələcəyi bizə böyük ümidlər verirdi və biz onun daha geniş inkişafına inanırdıq.
Lakin onun yaşadığı hazırkı həyat onun diriliyini təhlükə altına almışdı. Sərdar Rəşid onun başqasına ərə getməsinə imkan vermirdi. Bacı, bacı? deyə çağırdığı bu qıza sahiblənmək və onu öz şəhvətinə qurban etmək istəyirdi. Ona bir neçə kərə təcavüz etmək istəmiş, qız özünü onun əlindən silah və tapança gücünə qurtara bilmişdi.
Qız bizim ona verdiyimiz öyüdlər, nəsihətlər, ümidlər nəticəsində yaşayırdı. O, intihar edəcəyi haqqında bir neçə kərə Ninaya işarətlər vermişdisə də, Nina onu bu fikrindən qaytarmışdı.
Lakin bizim ona verdiyimiz vədləri həyata keçirmək çox çətin idi. Onu sərdar Rəşidin əlindən almaq vaxtı hələ yetişməmişdi. Onun bizimlə tanış olması da bu işə mane olurdu, onu bir tərəfə qaçırsaq, yaxud bir kəsə ərə versəydik, sərdar Rəşid bunu bizdən görəcəkdi. Onsuz da İraidanın qaçmasında o bizdən şübhəli idi.
Faytonun qoşulmasını tapşırdım. Sərdar Rəşidlə görüşmək lazım idi. Ona əvvəlcə telefonla görüşmək istədiyimi bildirdim. O, bundan razı qaldığını bir neçə kərə təkrar etdi.
Mən hökumət dairəsinə gəldiyim zaman Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçinin də qapıda durub icazə gözlədiklərini gördüm, lakin bizim tapşırığımıza görə sərdar Rəşid onların içəri girməsinə icazə verməmişdi. Onlar məni görən kimi istər-istəməz salamlaşdılar, lakin mən artıq dayanmayaraq qapıya yanaşdım, sərbaz yol göstərib cbuyurunə dedi və mən içəri girdim.
Sərdar Rəşid məni gördüyü zaman sanki sevindi və yanındakılara:
– Ağalar, mürəxxəssiniz! – deyərək kabineti boşaltdı.
Mən onun əhvalını soruşdum:
– Həzrət əşrəf özünü nə cür hiss edir?
” Sərkarın mərhəmətindən çox yaxşıyıq. Həqiqətdə sizin bu son hadisələrdə bizə və rus hökumətinə olan xidmətiniz fövqəladə bir xidmətdir. Mən bunu, öz yanımızda qalsın, konsul cənablarına və mərkəzə də xəbər vermişəm. Siz İran hökumətinin namusunu və xalqının heysiyyətini müdafiə etdiniz, biləks xalq bərbad olacaqdı, Allah-taala sizi bizə bir nemət kimi çox görməsin!
Mən məqsədim üçün giriş əldə etdiyimdən sözə başladım:
– Mən də sizin bir para səhvlərinizi nəzərə almayaraq, son günlər çox məqul və namuslu hərəkət etdiyinizi təsdiq edirəm. Bu barədə fürsət düşəndə cənab general-konsulla da söhbət edəcəyəm.
Sərdar Rəşid burada mənim sözümü kəsərək:
– Burası cənab sərkarın iltifatından asılıdır. Mənim konsul cənablarının yanında olan hörmətim də sizin başınızın ucalığıdır, – dedi.
Sözümə davam etdim:
– Mənim də bura gəldiyim həmin məsələ üçündür. Mən istəyirəm ki, bizim son günlər göstərdiyimiz fəaliyyət və Təbrizi müdafiə edib qarətdən qurtardığımız barəsindəki müvəffəqiyyətlər həzrət əşrəfin adına və şəxsiyyətinə məxsus olsun, bizim bütün təşəbbüslərimiz həzrət əşrəfin xüsusi təşəbbüsü kimi qeyd olunsun: belə olursa həm Tehran hökuməti, həm də cənab genaral-konsul sizin bu son hadisələrdəki dəyərinizi və məqul siyasət apardığınızı qeyd edər. Siz bunu təqdir edirsinizmi?
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-axtarislar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hacı Səməd xan qaçıb Təbrizə gəldi. O, utandığından konsulxanada mənzil edə bilmədi, birbaş atını sürdü özünün qədim dostu Hacı Mehdi ağa Kuzəkünanininf qapısına. Orada bir neçə saat mənzil etdi. Konsul bu xəbəri eşidən kimi onu yanına çağırıb lazimi qədər söydü və təcili surətdə Təbrizdən Rusiyaya yola düşməsini əmr etdi.Hacı Səməd xan getdi. Lakin çar konsulunun özü də gedirdi.
Qarət başlandıTəbriz əhalisi, təzə gələn qonaqların nə cür hərəkət edəcəyini bilmirdi. Bir neçə gün onları öyrənmək və sonra da bazar-dükanı açıb ticarətə başlamaq istəyirdilər. Karvansaralar, hücrələr boşaldı!. mışdı, şeyləri evlərə və toxunulmaz yerlərə daşımışdılar. Bütür ticarət yerləri və sərraf dükanları bağlı idi, yalnız çörək bişirən ve ət satanlar açıq idi ki, bunlar da əhalinin ehtiyacı üçün çalışırdılar, çünki təzə qonaqlar birinci gündən özlərini göstərməyə başladılar, şəhərə ərzaq gətirənlərin atlarını ordu üçün müsadirə etdilər, bun: görə də şəhər xalqı öz malını gizlətməyə qərar verdi.Mən evə çəkilməmişdim. Məşədi Kazım ağanın hücrəsinde otururdum. Məşədi Kazım ağa hücrəni açmaq istəməsə belə mən onu məcburən açdırırdım, çünki bizim əhali ilə bərabər təzə gələnləri baykot etməyimiz yaxşı düşməzdi. Lakin hücrə sahibsiz deyildi. hücrənin ətrafında yüz nəfərə qədər sivil paltarında mühafizəçilər gəzirdi. Yerli inqilab komitəsinin birinci, ikinci gündə verilən göstərişləri Məşədi Kazım ağanın hücrəsindən verilirdi. Hacı Mirzağa Büllurinin məni Helmi bəyin yanına çağıracağı və məni orada həbs etdirmək istəyəcəyi bəlli idi. O, Təbrizdə istədiyi adamları tutdurur və cərimə etdirirdi. Onlar birinci gün Təbriz xalqının özlərinə hüsnrəğbət bəsləmədiyini gördükdə, Hacı Mirzağa Bülluri bunu də bizim onlara qarşı tutduğumuz düşmənanə vəziyyətlə əlaqədar bilirdi. Buna görə də o, Helmi və İbrahim Fovzi bəyə müraciətlə, Təbrizdəki gizlin qüvvələr tərk-silah olunmadan və onların rəhbərləri həbsə alınmadan Təbrizdə səfərbərlik etmək və xalqı intizam altına almağın mümkün olmayacağını söyləmişdi.
Miss HannaMiss Hanna məni qarşıladı, mən əlimi ona uzadarkən, o, xidmətçi qadının orada olduğuna baxmayaraq, boynuma sarıldı və dodaqlarını mənə uzatdı.Üçümüz də birlikdə içəri girdik, mən miss Hannanın birinci sözünü gözləyirdim. O, boğazı tutula-tutula:
Üz-üzəİnqilab komitəsi mənim sərdar Rəşidin dəvət etdiyi ziyafətə getməməyimi qərara almışdı, çünki bu ziyafətin nə kimi bir məqsəd daşıdığı bizə aydın idi, onlar məni tutacaq və edam etdirəcək idi. Mən özüm də ziyafətə getmək həvəsindən düşmüşdüm. Lakin buna baxmayaraq, hələlik ziyafətə gedib-getməyəcəyim haqqında qəti bir söz deməmişdim. Ziyafətə getmək vaxtına bir neçə saat qalmışdı, oturub düşünürdüm. Telefonun zəngi sükutu pozdu. Tütünçüoğlu trubkanı götürüb qulaq asdı və sərdar Rəşidin məni telefona çağırdığını xəbər verdi.Dəstəyi aldım, salam verdim, o da mənim kefimi xəbər aldı, mən də həmin kəlmələri təkrar etdim, nəhayət, o: