Səhifə 2 / 3 · 33%

– Xeyli məqul təşəbbüsdür. Bu, yenə də ağanın bizə olan sadəqətindən asılıdır. Bizim şərəfimiz sizin şərəfinizdir. Bizim namusumuz sizin namusunuzdur.

– İndi həzrət əşrəfə öz təklifimi etməzdən əvvəl bir sual da vermək istəyirəm, çünki edəcəyim təklifin həyata keçirilməsi sizin mənə yüz faiz inanmağınızdan asılıdır.

– Cavan qardaşımın qəbrinə, Mahrunun canına and içirəm ki, mən cənab sərkara öz gözüm kimi inanıram.

– İndi ki, inanırsınız, məni çox diqqətlə eşidin. Sizə məlumdur ki, biz Təbrizi sizdən və başqalarından yardım almadan belə müdafiə etdik, bizim əlimiz tamamilə boş idi. Siz bilirsiniz ki, Hacı Səməd xan Təbrizi tamamilə tərk-silah etmişdir, biz boş əl ilə beşon nəfər məhlə uşaqlarından başımıza yığıb böyük bir dəstəni qorxutduq. Əvvəlcə tövlələrdən at çəkən əsgərləri döydürdük, sonra sizin ziyafətinizdə onların özünü tərk-silah etdik. Burada cəmi on nəfər iştirak edirdi. Lakin Helmi bəy bunu mən deyən kimi bilmirdi, onların zənnincə, Təbrizi başdan-ayağa müdafiə üçün silahlandırmışdıq. Bunu yalnız onlar deyil, sabah-birigün cənab genera!-konsul da Təbrizə gəlsə, Təbrizdə gizli və silahlı bir qüvvətin mövcud olduğunu hiss edəcək, bizdən şübhələnəcikdir, ola bilər ki, bizdən dörd min, beş min adamın silahını da istəsin. Bunun kimi də Tehran hökuməti sizi məzəmmət etməyə haqlıdır, çünki sizin vücudunuzla bərabər, Təbrizdə gizli təşkilat və gizli hərbi qüvvə olduğunu söyləyəcək və sizi məzəmmət edəcəklər. Bunun qarşısını almaq üçün də siz cözünümüdafiəəp komitəsi adına üç yüz tüfəng, bir miqdar patron, on dənə də bomba buraxılmasına əmr yazasınız. Biz o silahları cənab general-konsul Təbrizə gəldiyi zaman gətirib sizə təhvil verərik. Bu təşəbbüs həm sizin Təbrizi müdafiə işindəki müvəffəqiyyətinizi təmin edər, həm də bizi gələcəkdə konsulun və mərkəzi hökumətin şübhəsi qarşısında qoymaz. Bu fikri bəyənirsinizmi?

– Bəyənirəm, lakin qorxuram ki, o zaman camaatdan silahları yığmaq mümkün olmasın.

– Camaat kimdir? Camaat dediyiniz bir həzrət əşrəf, bir də mənəmil Silahlar bir anbardan çıxarılıb yenə də başqa bir anbarda sizin və mənim ixtiyarımda qalacaqdır, sonra da onları gətirib «camaatdan yığdıq? deyə həmin anbara təhvil verəcəyik.

Sərdar Rəşid bu fikri bəyəndi və əmrnamə yazdı, əmrnamənin tarixini isə on gün əvvəldən qoydu. Mən əmrmaməni aldım, gecə qaranlıq düşdükdə silahlar və patronlar anbardan çıxarılacaqdı. Sərdar Rəşidlə vidalaşıb dışarı çıxdıqda yenə də Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçini qapıda gördüm.

ci

Son günlər Almaniyanın İranı hər necə olursa-olsun dünya müharibəsində iştiraka cəlb etmək istəməsi xəbərləri ağızdan-ağıza gəzirdi. Helminin bu dəstə ilə Təbrizi işğal etməsi də, İranın Rusiya əleyhinə olaraq bitərəfliyini pozmaq demək idi. Təbrizdə cavan şahın az bir para müqabilində almanlara satılması söhbəti də var idi. Buna görə də Əbülfət Mirzənin evində bu xəbərləri təsdiq edə biləcək vəsiqələrin əldə edilməsinə ümid edirdik.

Son günlər Təbrizdən alınan xəbərlərə görə İran hökuməti və sədri-əzəm Müstofilməmalik rusları güzəştə məcbur etmək üçün Almaniya dövlətinə rəğbət bəsləməyə başlamışdı. Hazırda Əbülfət Mirzənin evinin axtarılması Təbrizdə sərdar Rəşidin mövqeyini də laxladar və Tehranda özünə qarşı fəna təsirlər yarada bilərdi.

Gecə saat biri keçmişdi. Başda Kazımzadə olmaq üzrə dörd nəfər Əbülfət Mirzənin yaşadığı binanın həyətinə düşdü, həyəti birinci növbədə lazımi qədər yoxladılar, çıxacaq yer yox idi, Telefonun simlərini kəsdilər, nökərlər, xidmətçilər yatan otaqların qapılarını eşikdən bağlayıb yanında qarovul qoydular, sonra da Əbülfət Mirzə və ailəsi yaşayan otaqların dəhliz qapısını vurdular.

Dəhlizdən bir səs eşidildi:

– Qulamhüseyn, nə istəyirsən?1 Nə üçün ağanın rahatlığını pozursan?l

Şübhəsizdir ki, dəhlizdən səslənən qadın nökərlərdən Qulamhüseynin qapını döyməsini zənn edirdi, buna görə də Kazımzadə cavab verdi:

– Xanm, qapını döyən hökumətdir, qapını açın.

Qadın:

– Qoyun Əbülfətə xəbər verim, – deyərək getdi. Bu adam Əbülfət Mirzənin qoca dayəsi idi.

Bir azdan sonra dəhlizdə böyük lampalar yandı, Əbülfət Mirzə əynində tirmə xələt qapını açdı, o heç də həyəcan göstərmirdi, çöhrəsində heç bir qorxu əlaməti də yox idi, çünki onun İran hökumətindən və Azərbaycan valisi sərdar Rəşiddən heç bir qorxusu yox idi. Sərdar Rəşid özünü hər bir kiçik qüvvənin və az bir paranın sərəncamına verməyə hazır olduğu kimi, Almaniyanın da sərəncamına verməyə hazır idi.

Əbülfət Mirzə qapını açan kimi qarşısında böyük rütbəli bir İran məmurunu və iki polis nəfərini gördü. O, bir neçə saniyə qapıda dayananları diqqətlə nəzərindən keçirəndən sonra:

– Ağalar nə üçün təşrif gətiriblər? – dedi.

Kazımzadə:

– Cənab şahzadənin evini, bəzi gizli vəsiqələrlə tanış olmaq üçün təftiş edəcəyik.

Əbülfət Mirzə çox təəccüblə soruşdu:

– Mənim evimi təftiş?

– Bəli, cənab şahzadə, sizin evinizi təftiş!..

– Sizi kim göndərmişdir?

– Bizi həzrət əşrəf sərdar Rəşid cənabları göndərmişdir.

– Ola bilməz. Bəlkə, sizi Lilavalı Əbülfət xanın evini təftiş etməyə göndəriblər?

– Xeyr, əmrmamədə sabit alman konsulxanası katibi cənab şahzadə Əbülfət Mirzə yazılmışdır.

– Hanı o fərman? Mən fərmanı görməyincə sizi evə buraxmaram.

Kazımzadə:

– Bu saat hökumətin möhrü ilə möhürlənmiş fərmanı sizə göstərim, – deyərək qoltuğundakı qovluqdan fərmanı çıxarıb verdi.

Əbülfət Mirzə yanındakı qoca qadına müraciətlə:

– Çeşməyi gətir! – dedikdə qadın başı titrəyə-titrəyə getdi. Əbülfət Mirzə isə öz-özünə danışırdı:

– Mən heç nə anlaya bilmirəm, biz onunla bu axşam görüşüb danışmışıq, bu barədə mənə heç bir söz də buyurmayıbdır, bu nə deməkdir?l Bu mənim yaxşılıqlarımın mükafatıdırmı? Bu da dostluğun qaydasıdırmı? Gecənin yarısında mənim evimi təftişə göndərməyin nə mənası vardır? Sabah ona Tehran nə deyər?

Lələ çeşməyi gətirdi, Əbülfət Mirzə əlləri titrəyə-titrəyə aldı, gözünə taxıb oxumağa başladı:

Sabiq alman konsulxanası katibi cənab şahzadə Əbülfət Mirzənin evində Rusiya ilə İran hökumətinin dostluq münasibətini pozacaq və İran dövlətinin nüfuzunu düşürəcək vəsiqələrin olmasını təyin etmək üçün Tehrandan daxiliyyə nazirindən əmr alınmışdır. Buna görə də əmmnamənin həyata keçirilməsinə və məzkur vəsiqələrin əldə edilməsinə əmr edirəm.

Sərdar Rəşidə.

Əbülfət Mirzə çeşməyi gözündən çıxarıb:

– Eybi yoxdur, qoy axtarsınlar, – deyərək Kazımzadəyə muraciət etdi. – Cənab sərtib), bu fərman bəndədə qala bilərmi?

Kazımzadə əsgəri nizam alaraq:

– Bəli, cənab şahzadə, fərman bir vəsiqə olaraq sizin əlinizdə qalmalıdır.

Əbülfət Mirzə çox qorxa-qorxa Kazımzadəyə müraciətlə:

– Cənab sərtib, indi buyura bilərsiniz, – dedi.

Böyük bir salona girdilər. Əbülfət Mirzə Kazımzadəyə müraciət etdi: – Cənab sərtib, əyləşin, – dedi, – təftiş nə üçün lazımdır? Sizin özünüzmü təftiş edəcəksiniz və yaxud bəndə özüm sizə istədiklərinizi gətirməliyəm?

– Əvvəla, budur ki, siz öz evinizdə olan bütün vəsiqələri gətirib göstərməlisiniz.

– Nə kimi vəsiqələri?

– Sizin özünüzə və alman konsulxanasına aid vəsiqələri, bir parçasına qədər gətirməlisiniz.

Əbülfət Mirzə qalxdı, ipək pərdəni qaldırdı, oradakı yorğan-döşəyin içərisindən ağzı möhürlənmiş bir kisə çıxardı və qəti bir səslə:

– Alman konsulxanasının vəsiqələri bundan ibarətdir, – dedi. – Hərgah sərdar Rəşidin özü bunları məndən istəsəydi kamal-məmnuniyyətlə aparıb göstərərdim. Əlhəmdülillah biz özümüz bu məmləkətin xeyirxahlarındanıq.

Yenə də Kazımzadə hərbi vəziyyət alaraq:

– Cənab şahzadə, belədir ki, buyurursunuz, – dedi. – İndisə, hərgah zəhmət deyildirsə, cənab şahzadənin şəxsi məktub və şəxsi vəsiqələrini gətirin.

Bu sözdə şahzadə təbil halından çıxdı:

– Bəndeyi-xuda, mənim xüsusi vəsiqələrim və məktublarımla nə işiniz vardır? Mən ki, cani deyiləm, xəyanətkar deyiləm, bir nəfər şahzadənin də barəsində bu təhqiri rəva görmək olarmı? Mən bu saatda sərdar Rəşidə telefon edərəm, bu nə ədəbsizlikdir?

Yenə də Kazımzadə etidalını pozmayaraq, bir əsgər kimi təzim etdi:

– Cənab şahzadənin ixtiyarı vardır, telefon edə bilərsiniz, – dedikdə Əbülfət Mirzə telefonun dəstəyini götürdü. Lakin telefon danışmırdı, çünki onun simləri kəsilmişdi.

1 Sərtib – polkovnik mənasındadır.

Kazımzadə oturub papiros çəkirdi, Əbülfət Mirzə isə telefonun dəstəyini tez-tez püfləyərək, telefonxananı pis-pis söyüşlərlə söyürdü. Nəhayət, üzünü Kazımzadəyə çevirib:

– Belə zamanlarda mirasa qalmış telefonlar da işləmir, – dedikdə Kazımzadə cavabında:

– Bəli, cənab şahzadə, belə hadisələr çox tez-tez olur, – dedi.

– Mən bu saat məktub yazıb cənab sərdar Rəşidə göndərə bilərəmmi? Sizin də mükafatınız gözüm üstündə.

– Xeyr, bu, mümkün deyil, bu hərəkət bizim hökumət fərmanını yerinə yetirə bilmədiyimiz deməkdir. Həzrət əşrəf bu barədə bizə icazə verməmişdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Çar konsulu Təbrizi tərk edir

Hacı Səməd xan qaçıb Təbrizə gəldi. O, utandığından konsulxanada mənzil edə bilmədi, birbaş atını sürdü özünün qədim dostu Hacı Mehdi ağa Kuzəkünanininf qapısına. Orada bir neçə saat mənzil etdi. Konsul bu xəbəri eşidən kimi onu yanına çağırıb lazimi qədər söydü və təcili surətdə Təbrizdən Rusiyaya yola düşməsini əmr etdi.Hacı Səməd xan getdi. Lakin çar konsulunun özü də gedirdi.

14 dəq
Qarət başlandı

Təbriz əhalisi, təzə gələn qonaqların nə cür hərəkət edəcəyini bilmirdi. Bir neçə gün onları öyrənmək və sonra da bazar-dükanı açıb ticarətə başlamaq istəyirdilər. Karvansaralar, hücrələr boşaldı!. mışdı, şeyləri evlərə və toxunulmaz yerlərə daşımışdılar. Bütür ticarət yerləri və sərraf dükanları bağlı idi, yalnız çörək bişirən ve ət satanlar açıq idi ki, bunlar da əhalinin ehtiyacı üçün çalışırdılar, çünki təzə qonaqlar birinci gündən özlərini göstərməyə başladılar, şəhərə ərzaq gətirənlərin atlarını ordu üçün müsadirə etdilər, bun: görə də şəhər xalqı öz malını gizlətməyə qərar verdi.Mən evə çəkilməmişdim. Məşədi Kazım ağanın hücrəsinde otururdum. Məşədi Kazım ağa hücrəni açmaq istəməsə belə mən onu məcburən açdırırdım, çünki bizim əhali ilə bərabər təzə gələnləri baykot etməyimiz yaxşı düşməzdi. Lakin hücrə sahibsiz deyildi. hücrənin ətrafında yüz nəfərə qədər sivil paltarında mühafizəçilər gəzirdi. Yerli inqilab komitəsinin birinci, ikinci gündə verilən göstərişləri Məşədi Kazım ağanın hücrəsindən verilirdi. Hacı Mirzağa Büllurinin məni Helmi bəyin yanına çağıracağı və məni orada həbs etdirmək istəyəcəyi bəlli idi. O, Təbrizdə istədiyi adamları tutdurur və cərimə etdirirdi. Onlar birinci gün Təbriz xalqının özlərinə hüsnrəğbət bəsləmədiyini gördükdə, Hacı Mirzağa Bülluri bunu də bizim onlara qarşı tutduğumuz düşmənanə vəziyyətlə əlaqədar bilirdi. Buna görə də o, Helmi və İbrahim Fovzi bəyə müraciətlə, Təbrizdəki gizlin qüvvələr tərk-silah olunmadan və onların rəhbərləri həbsə alınmadan Təbrizdə səfərbərlik etmək və xalqı intizam altına almağın mümkün olmayacağını söyləmişdi.

19 dəq
Miss Hanna

Miss Hanna məni qarşıladı, mən əlimi ona uzadarkən, o, xidmətçi qadının orada olduğuna baxmayaraq, boynuma sarıldı və dodaqlarını mənə uzatdı.Üçümüz də birlikdə içəri girdik, mən miss Hannanın birinci sözünü gözləyirdim. O, boğazı tutula-tutula:

16 dəq
Üz-üzə

İnqilab komitəsi mənim sərdar Rəşidin dəvət etdiyi ziyafətə getməməyimi qərara almışdı, çünki bu ziyafətin nə kimi bir məqsəd daşıdığı bizə aydın idi, onlar məni tutacaq və edam etdirəcək idi. Mən özüm də ziyafətə getmək həvəsindən düşmüşdüm. Lakin buna baxmayaraq, hələlik ziyafətə gedib-getməyəcəyim haqqında qəti bir söz deməmişdim. Ziyafətə getmək vaxtına bir neçə saat qalmışdı, oturub düşünürdüm. Telefonun zəngi sükutu pozdu. Tütünçüoğlu trubkanı götürüb qulaq asdı və sərdar Rəşidin məni telefona çağırdığını xəbər verdi.Dəstəyi aldım, salam verdim, o da mənim kefimi xəbər aldı, mən də həmin kəlmələri təkrar etdim, nəhayət, o:

17 dəq

Başqa şairlərin şeirləri