Axtarışlar
Səhifə 3 / 3 · 67%
– Siz buna razı olun, mən onun özünü də, sizi də razı salaram, sizinlə də dostluğumuz davam edər.
– Cənab şahzadə, vaxtı keçirməyinl Sazişə imkan yoxdur. Sabah həzrət əşrəflə hər barədə danışa bilərsiniz.
– Bu olmadı ki?l
– Belə də olmalıdır, cənab şahzadə!
– Siz bunu sabaha qədər təxirə salmaq üçün... bir bura zəhmət çəkin... Bircə kəlmə deyəcəyəm.
– Buyurun, hər nə ki, istəyirsiniz burada da deyə bilərsiniz.
– Bəlkə polislərin yanında yaxşı düşmədi.
– Eybi yoxdur, buyurun!
– Bu işi sabaha qədər təxirə salmağa neçə versəm yaxşıdır? Sən də qulluqçusan, aldığın maaş da məlumdur, sənin də işin düzəlsin, mənim də abrım getməsin. Sözün nədir? Doğru demirəmmi?
– Xeyr, cənab şahzadə, təklifiniz heç bir qiymətlə qəbul oluna- «aq təklif deyildir. Rica edirəm bizi yubandırmayın, əks-surətdə biz azad hərəkət etmək məcburiyyətində qalacağıq.
– Cənab sərtib, bəs belə niyə? Necə yəni azad hərəkət? Gədə, nə olub məgər, heç böyük-kiçik yoxmu?
Kazımzadə qəti bir səslə:
– Yubandırmayın, cənab şahzadə! Bizim çox danışmağa vaxtımız yoxdur, – dedi və polislərə əmr etdi. – Evi axtarın!
Şahzadə Əbülfət Mirzə bu sözü eşitdikdən sonra qəmli bir surətdə ayağa qalxdı və böyük sandığın içərisindən bir cəbə çıxarıb aralığa qoydu. Kazımzadə yenə də:
– Cənab şahzadə icazə versəydi yazı mizinin gözlərini də təftiş edərdik.
– Orada heç bir əhəmiyyətli şey yoxdur. Lazımsız kağız-kuğuzdur.
– Əhəmiyyətli olmasa da, qiymətli ola bilər.
– Qəribə adamlarsınız hal Biryerli deyin ki, siçan deşiyinə qədər axtaracağıq da...
– Mümkün olursa eybi nədir?1 Artıq rica yox, əmr edirəm, bir parça kağız qalıncaya qədər gətirməlisiniz, sonra axtaracağıq. Hərgah bir şey tapılsa, həyatınızla məsulsunuz. Bildiniz ki?
– Bəli, bildim.
– İndisə durub gətirin!
– Başına dönüm, çığır-bağır lazım deyil, elə eləyin ki, arvad-uşaq ayılmasın.
– Orası sizin rəftarınızdan asılıdır, hərgah övrətlər otağında bir şey varsa, özünüz gətirin, əksinə olursa, bizim özümüz girib axtarmağa məcbur olacağıq.
– Yox, yox, elə bir şey lazım deyil. Hər nə varsa özüm gətirib verərəm.
Şahzadə hər nə ki, məktub, vəsiqə kağız-filan varsa gətirdi, sonra da yazı masasının yeşiklərini açmağa başladı. Şahzadə oturub boynunu irəli uzatmışdı, Qacar şahzadəsinə öz yazı masasının açılması çox ağır gəlirdi.
Masanın orta yeşiyinin açarı yox idi, növbə həmin yeşiyə çatanda Əbülfət Mirzə yenə də açmaqdan boyun qaçırıb:
– Cənab sərtib, həqiqətdə orada qabili-təvəccöh heç bir şey yoxdur, – dedi.
– Ola da bilər. Lakin açılmalıdır, çünki həzrət əşrəf başqa cürə icazə verməmişdir.
– Axı orada qabili-təvəccöh bir şey yoxdur, bizim ailənin və uşaqların şəkilləridir. Hər halda müsəlmanlıqdır, irz-namus məsələsidir, övrət şəklinə baxmaq ki, haramdır, onları naməhrəm əlinə vermək şəriətdə caiz deyildir, əlhəmdülillah müsəlmansınız.
– Açmasanız masanı sındırmalıyıq.
Polis qılıncı çəkib masanı sındırmaq istədikdə Əbülfət Mirzə cibindən kiçik bir açar çıxarıb verdi:
– Alın, belə müsəlmanlıq olmaz! Xalqın bağlı sandığını açmaq heç dində və heç bir şəriətdə caiz deyil.
Yeşiyi açdılar, burada bir dənə də olsun vəsiqə yox idi, böyük bir qovluğun içində cürbəcür açıq məktublar və əxlaqsız qadın və kişilərin şəkilləri var idi. Bu vərəqələrdə əxlaqsızın cürbəcür vəziyyətlərini görüncə zabit şahzadəyə müraciətlə:
– Cənab şahzadənin ailəsi bunlardırmı? Hərgah bunlardırsa, biz bunları sizə qaytarırıq.
– Xeyr! Bəndə bunları ərz eləmədim, – deyərək rəngi qızardı və başını dizlərinə dikib verilən suala cavab verməyə başladı.
Nəhayət, yeşikdən qiymətli daşlarla bəzənmiş bir cüt qadın şəkli çıxdı. Bunların başında brilyantlı çıqqalar olduğundan şahzadə xanımlar olması ehtimalı var idi. Əbülfət Mirzə bunları görürkən:
– Bunlar əmiqızılarımdır. Şahzadə Zillisoltanın qızlarıdır, – dedi.
Doğrudan da, qızlar Zillisoltanın qızları idi. İranda gözəllikdə birinci sayılan və əxlaq pozğunluğunda da şöhrət tapan şahzadə xanımların şəkli idi.
Şəklin dalısını çevirib baxdıqda Əbülfət Mirzə:
– Şahzadə xanım çox mahir şairədir, – dedi, – şəklin dalında yazılan təsnifi şahzadə xanımın özü yazmışdır.
Calibi-məhəbbəti mən
Mən düxtəri-Zillisoltanəm,
Çiraği-çəşmi-İranəm,
Mən ki, zi eşqət heyranəm.
Biya-biya nazəm məkun,
Biya, ləb məra busə gün.
Dər asiman zibayi,
Meh münirəm qəmərəm,
Bəcanəm, ahəstə bəbus,
Bəxuda məşngən kəmərəm./
Şahzadənin yazı masasının yeşiyindən Tehranda nə qədər fahişə varsa onların şəkilləri çıxdı.
Müzəffərəddin şahın qızı Tacissəltənədən başlamış, Əziz Kaşi, şahzadə Məlük, şahzadə Zağoli, Ərusi-mühacir, Zəhrayi-Siyah, Nə-
i Mən Zillisoltanın qızıyam, İranın gözünün işığıyam, mən ki sənin eşqindən heyranam, gəl, gəl naz etmə, gəl dodaqlarımdan öp. Mən gözəllik səmasının qızıyam, sən mənim canım, yavaş öp, Allahı sevirsən belimi əzmə. ciməddövlə, Qəmərildövlə və sairələrinin yadigar vermiş şəkilləri şahzadənin yazı masasında idi.
Mütrüblərdən Əli xan, urmulu Yusif xan, Heydər xan, təbrizli mütrüb Məcidin əli kəmərində alınmış rəsmləri də cənab şahzadənin yeşiyində idi. Vəsiqələri və şəkilləri bir kisəyə doldurduqda Əbülfət Mirzə on səkkiz yaşlarında gözəl bir oğlan şəklini götürüb:
– Rica edirəm hər nə istəyirsiniz verim, bunu aparmayın, dedisə də, ricası qəbula keçmədi, bu şəkil keçmişdə Məmmədəli Mirzənin yanında saxladığı Abdin xan Mücəlüssoltanın şəkli idil,
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-axtarislar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hacı Səməd xan qaçıb Təbrizə gəldi. O, utandığından konsulxanada mənzil edə bilmədi, birbaş atını sürdü özünün qədim dostu Hacı Mehdi ağa Kuzəkünanininf qapısına. Orada bir neçə saat mənzil etdi. Konsul bu xəbəri eşidən kimi onu yanına çağırıb lazimi qədər söydü və təcili surətdə Təbrizdən Rusiyaya yola düşməsini əmr etdi.Hacı Səməd xan getdi. Lakin çar konsulunun özü də gedirdi.
Qarət başlandıTəbriz əhalisi, təzə gələn qonaqların nə cür hərəkət edəcəyini bilmirdi. Bir neçə gün onları öyrənmək və sonra da bazar-dükanı açıb ticarətə başlamaq istəyirdilər. Karvansaralar, hücrələr boşaldı!. mışdı, şeyləri evlərə və toxunulmaz yerlərə daşımışdılar. Bütür ticarət yerləri və sərraf dükanları bağlı idi, yalnız çörək bişirən ve ət satanlar açıq idi ki, bunlar da əhalinin ehtiyacı üçün çalışırdılar, çünki təzə qonaqlar birinci gündən özlərini göstərməyə başladılar, şəhərə ərzaq gətirənlərin atlarını ordu üçün müsadirə etdilər, bun: görə də şəhər xalqı öz malını gizlətməyə qərar verdi.Mən evə çəkilməmişdim. Məşədi Kazım ağanın hücrəsinde otururdum. Məşədi Kazım ağa hücrəni açmaq istəməsə belə mən onu məcburən açdırırdım, çünki bizim əhali ilə bərabər təzə gələnləri baykot etməyimiz yaxşı düşməzdi. Lakin hücrə sahibsiz deyildi. hücrənin ətrafında yüz nəfərə qədər sivil paltarında mühafizəçilər gəzirdi. Yerli inqilab komitəsinin birinci, ikinci gündə verilən göstərişləri Məşədi Kazım ağanın hücrəsindən verilirdi. Hacı Mirzağa Büllurinin məni Helmi bəyin yanına çağıracağı və məni orada həbs etdirmək istəyəcəyi bəlli idi. O, Təbrizdə istədiyi adamları tutdurur və cərimə etdirirdi. Onlar birinci gün Təbriz xalqının özlərinə hüsnrəğbət bəsləmədiyini gördükdə, Hacı Mirzağa Bülluri bunu də bizim onlara qarşı tutduğumuz düşmənanə vəziyyətlə əlaqədar bilirdi. Buna görə də o, Helmi və İbrahim Fovzi bəyə müraciətlə, Təbrizdəki gizlin qüvvələr tərk-silah olunmadan və onların rəhbərləri həbsə alınmadan Təbrizdə səfərbərlik etmək və xalqı intizam altına almağın mümkün olmayacağını söyləmişdi.
Miss HannaMiss Hanna məni qarşıladı, mən əlimi ona uzadarkən, o, xidmətçi qadının orada olduğuna baxmayaraq, boynuma sarıldı və dodaqlarını mənə uzatdı.Üçümüz də birlikdə içəri girdik, mən miss Hannanın birinci sözünü gözləyirdim. O, boğazı tutula-tutula:
Üz-üzəİnqilab komitəsi mənim sərdar Rəşidin dəvət etdiyi ziyafətə getməməyimi qərara almışdı, çünki bu ziyafətin nə kimi bir məqsəd daşıdığı bizə aydın idi, onlar məni tutacaq və edam etdirəcək idi. Mən özüm də ziyafətə getmək həvəsindən düşmüşdüm. Lakin buna baxmayaraq, hələlik ziyafətə gedib-getməyəcəyim haqqında qəti bir söz deməmişdim. Ziyafətə getmək vaxtına bir neçə saat qalmışdı, oturub düşünürdüm. Telefonun zəngi sükutu pozdu. Tütünçüoğlu trubkanı götürüb qulaq asdı və sərdar Rəşidin məni telefona çağırdığını xəbər verdi.Dəstəyi aldım, salam verdim, o da mənim kefimi xəbər aldı, mən də həmin kəlmələri təkrar etdim, nəhayət, o: