XXII. Generalın yanında
Səhifə 2 / 3 · 33%
Yaşasın sosialist inqilabı!
İngilislər sizə nə verəcəkdir?! Heç bir şey!
Onlar sizdən nə alacaqdır?! Hər şeyi!
Rədd olsun ingilis kapitalistləri!
Hamı cəbhəyə, silah başına! Hamınız Bakını müdafiəyə!»
General gözlərini Araratyanın ağzına dikmişdi. O, Bakıdan yenicə gəlmiş bu «xeyirli» müsafirin fikrini bilməyə çalışırdı.
Araratyan generalın bu müraciətnamə nəticəsində nə qədər açığlandığı və kədərləndiyini lazımınca təyin etdiyindən, bu acıları onun qəlbindən silmək üçün ingilislərdən ötrü əlverişli cavablar aramağa başlamışdı. Buna görə də müraciətnaməni təkrar oxudu.
Müraciətnamədəki bəzi cümlələrin cavabını verməklə generalın vaxtını almamaq və ancaq onu maraqlandıran və onu rahatsız edən bir neçə cümləyə cavab verməyi kəsdirdi. Araratyan onu rahatsız edən qısa bir cümləni əzbərləmişdi. «Onlar sizdən nə aparacaqdır!? Hər şeyi!»
Generalın özü də bu cümləni bir neçə kərə təkrar edərək dedi:
– Yəni necə «ingilislər Bakıdan nə aparacaq? Hər şey?» Bu nə deməkdir!?
General yalnız söz ilə deyil, bütün hərəkəti ilə Araratyana sual verdi: «Bakıdan hər şeyi aparmaq mümkün olacaqdırmı?!»
Araratyan ingilis generalının ruhunu, vicdanını sakit edə biləcək sözlərini açıq və qəti dedi:
– Bakıdakı daşnaq, eser və menşevik rəhbərləri cənab generala verdiyi bütün vədlərinə sadiqdirlər. Onların hamısına əməl ediləcəkdir. Lakin general cənabları da öz növbəsində onların arzularına kömək etməlidir. Müraciətnaməni isə bolşeviklər buraxmışlar.
General özünü düzəldərək dedi:
– Mən təəccüb edirəm! Hökumət Mərkəzi Kaspi Diktaturasının əlindədirsə bu müraciətnamə nədir?! Çünki müraciətnamə iyulun 26-dan sonra çıxmışdır. Əziz dostum, hökuməti sizin kimi qurmazlar. Siz bolşeviklərin hərəkətini ilk gündən nəzarət altına almalısınız: madam ki, onlar koalisiya hökumətinə daxil olmaq istəmirlər, siz onları bütün imkanlardan məhrum etməlisiniz. Bolşeviklər gündə bir müraciətnamə buraxsa, sizinlə bizim dostluğumuzun möhkəmliyinə mane ola bilərlər. Çünki onların dedikləri, işçi və kəndlilər üçün olduqca əlverişlidir. Bolşeviklərlə qəti hesablaşmağı təkrar sizə tapşırıram, bir evdə iki hava ilə tənəffüs edilməz.
Bakıdakı rəhbərlərin arzularına cavab vermək məsələsi haqqında, kral hökumətinin də öz vədinə sadiq qaldığını və Bakının müdafiə tələblərinə mümkün qədər cavab verəcəyini söyləyə bilmərəm. Ancaq sizə, əvvəl dediyim kimi indi də təkrar edirəm: bu müdafiədə sizin də iştirakınız lazımdır. Axırda şübhə çıxmasın deyə, mən öz fikrimi yazılı olaraq sizə verəcəyəm.
Söhbət bitdi. Araratyan qalxıb vidalaşmaq istədikdə, general:
– Rica edirəm oturun!—dedi.—Bu günü birlikdə keçirək.
– Qızımı da bərabər gətirmişəm. Onun istirahətini təmin etmək lazımdır.
– Bəs onu harada qoydunuz?!
– Cənab generalın gözləmə otağında oturub, məni gözləyir.
General Araratyanla bərabər çıxdı və Esterlə tanış oldu. Sonra da dəstəyi götürüb, Ənzəli gömrük rəisi belçikalı müsyö Konionu telefona çağırdı:
– Bu gün,—dedi,—sizi Bakıdan mənə qonaq gəlmiş iki nəfər möhtərəm şəxs ilə tanış edəcəyəm.
Ester gömrükxana rəisi müsyö Konninin evində təşkil edilmiş ziyafətə getmək istəmirdi. Çünki atasının onu yeni müştərilərilə tanış edəcəyini və onu ingilis zabitlərinə təqdim edəcəyini bilirdi. Lakin getməmək də olmazdı. Çünki bu, ingilis generalını təhqir sayıla bilərdi.
Ziyafət gömrükxana binasında idi. Üzərində İran bayrağı vurulmuş bu əcnəbi müəssisəsinə daxil olurkən, generalı, doktor Araratyanı və Esteri müsyö Konion və madam Konion qarşıladı. General əziz qonaqlarını təqdimlə dedi:
– Bu zat Qafqazın ən məşhur və ən mədəni simalarındandır, bu da möhtərəm dostumuzun qızı Ester xanımdır.—Rəis və qadını bu görüşdən məmnun qaldıqlarını təkrar-təkrar söylədilər. Qonaqların hamısı toplanmamışdı. Bir azdan sonra generalın yaveri miralay Sonders gəldi. Əvvəlcə Ester ilə tanış oldu, sonra da Araratyana əlini uzadarkən:
– Üçüncü görüşümüzdür,—deyə onun əlini sıxdı.
Miralay Bakının vəziyyətinə dair qısa suallar vermək də ikən, miralay Keyvort da gəldi.
Miralay Keyvort görüşdükdə miralay Sondersin dediklərini təkrarla Araratyanın əlini sıxdı və Esterlə məşğul olmağa və onun ruhunu oxşamağa başladı.
Keyvort birinci görüşdə, öz-özünə «Bakı səfərini şad keçirmək üçün bundan da yaxşı və sevimli vasitə ola bilməz»—deyə Esterə belə bir sual verdi:
– Bakı dostlarımızın qızlarının hamısı sizin kimi gözəldirlərmi?!
Ester bu yersiz suala nə cavab verə bilərdi? İndicə tanış olduğu qıza, mədəni insanlara yaraşmayan sual verən ingilisə cavab verməmək də olmazdı. Ester çox düşündü. O, ingilisləri birinci dəfədir ki, görürdü, lakin atası ingilislərin tərbiyəsindən, nəcabətindən, mədəni olmasından, ona bir kitab söhbət etmişdi.
Lakin miralay Keyvortun gülünc sualları, Araratyanın ingilislər haqqında dediklərinin əsassız olduğunu göstərdi.
Miralay cavab gözləyirdi. Ester dedi:
– Bakıda sizin dostlarınızın qızlarından daha maraqlı və məşğul olmalı məsələlər vardır. Məncə, siz əvvəlcə dostlarınızın müdafiəsi məsələləri ilə məşğul olmalısınız.
Miralay Keyvort sualından ötmədi:
– Nəcib qızlar, mədəni insanların sualını cavabsız qoymazlar,—dedi,—mənim sualım mədəni bir sual olmasa belə, onu cavabsız qoymamalısınız, çünki mən erməni xalqı ilə çox maraqlanıram.
Keyvort, erməni xalqının qəddar düşməni olan və imperialist lakeyi olan daşnaq və fırıldaqçı yazıçıların adını bir-bir saymağa başladı:
– Mən erməni ədəbiyyatı, incəsənəti ilə maraqlanan bir ingilisəm!
Keyvort öz nəsli və nəcabəti haqqında xəbər vermək istərkən, şahzadə Bahadır xanın gəlmək xəbəri verildi, bu söhbətlər yarımçıq qaldı. Bahadır xan milli paltarda gəlmişdi. General onu Esterlə tanış edərək:
– Əlahəzrət İngiltərə kralının fəxri yavərlərindən Hindistan Dehli tac-təxtinin vəliəhdi cənab şahzadə Bahadır xandır,—dedi.
Ester onun əlini sıxarkən dedi:
– Leyla xanım haqqınızda mənə danışmışdı.
Şahzadə Bahadır xan dedi:
– Leyla xanımın həyatı necə keçir? Bakının havası ona yaxşı təsir edirmi? Səhhəti yerində deyildi, indi necədir?
Ester dedi:
– Leyla xanımın səhhəti düzəlmişdir. O, sizi səbirsizliklə gözləyir. O, Hacı Zeynalabdin Tağıyevin sarayında çox gözəl yaşayır.
İngilis zabitləri bir-bir gəlirdi. Onların hər biri Ester xanımla tanış olur və ingilis adətincə öz nəsil-nəcabətindən danışırdı.
Əvvəlcə kapitan Stoks Esterə yanaşaraq tanış olub dedi:
– Siz vəzifəsi böyük olmayan, fəqət yüksək bir familiyaya mənsub olan zabitlə tanış olmaq istəməzmisiniz?
Ester dedi:
– Təbiidir ki, insanın yüksəkliyi vəzifə ilə deyil, onun mədəniyyəti və tərbiyəsilə ölçülür.
– O barədə mən fəxr edirəm. İndi siz də fəxr edə bilərsiniz. Çünki bu saat siz, İngiltərənin məşhur müəlliflərindən Addisonun nəvəsi ilə oturmusunuz.
– Babanız sağdırmı?!
– Xeyr! Yaxınlarda vəfat etmişdir.
– Bu ilmi?!
– Xeyr, o, 1672-ci ildə İngiltərənin Milson şəhərində doğulmuş və 1719-cu ildə vəfat etmişdir.
– Elə isə çox da yaxınlarda deyilmiş.
– İngilislərdə bir misal var, eşitmisinizmi?
– Xeyr, eşitməmişəm.
– İngilislər deyərlər ki, iki şey dünyada nə qədər köhnə olsa o qədər qiymətli olar: biri şərab, ikincisi isə familiyadır. Rəhmətlik babam, Oksvord şəhərində oxuduğu zamanlar belə latın dilində yazdığı şerlərlə böyük şöhrət qazanmışdı. O, risvik müsalihəsi barəsində yazdığı şerlərlə kralın məhəbbətini qazanmış və ildə üç yüz lirə mükafata layiq olmuşdu. Mərhum sonra Fransa və İtaliyaya dönə-dönə səyahət etmiş və 1702-ci ildə mükəmməl bir səyahətnamə yazmışdı.
Babamız neçə dəfə nazirliklərdə müşavir vəzifələrinə nail olmuşdu. Bundan da sonra İrlandiyada xədivlik və soltanlıq mənsəbinə çatmışdır.
– Doğrudanmı babanız İrlandiyada xədivlik etmişdir?
– Bəli, oraya xədivlik üçün gedən Vartonun yanında baş katib olmuşdur.
Oradan qayıtdıqda Stel ilə bərabər səyahət və ədəbiyyata aid müxtəlif jurnallar nəşr etdirmiş və 1713-cü ildə Katon ünvanı ilə yazdığı bir teatr əsərini səhnəyə qoydurmağa müvəffəq olmuşdur. Mərhum kraliçə Annanın vəfatından sonra, 1717-ci ildə vəkillər heyətinə də daxil olmuşdur.
– Bəs nə üçün kraliçə Annanın vəfatından sonra?!
– Bu barədə tarix bir şey göstərmir. Ancaq bunu deyə bilərəm ki, siyasət işləri babamın xoşuna gəlmədiyindən istefaya çıxmış və ildə 500 lirə maaşla yaşamışdır. Babamın siyasət barəsində müəyyən bir fikri var. Hazırda onun Montan və Halikas tərəflərində minlərcə müridləri və tərəfdarları vardır.
Ester bu sözləri dinləməkdən yorulmuşdu, o, nə qədər yaxasını qurtarmaq istəsə də kapitan Stoks onu buraxmayaraq:
– Mərhum babamın Stel və Konfra ilə münasibət və söhbətləri vardı. Nəhayət, mərhum babamız Varvik şahzadələrindən biri ilə evlənmiş, lakin bu izdivacı başa çatdıra bilməmişdir.
Ester gülərək:
– Demək ki, familiyanız izdivacdan xoşbəxt olmayan bir familiya imiş—dedikdə, kapitan Stoks sakit duraraq əllərini ovuşdurdu.
Hələ kapitan Stoks Esterdən uzaqlaşmadan kapitan Kuper irəli gəlib:
– Xanımçığaz bir daha əlini sıxmağa icazə verəcəkdirmi?!—deyərək əlini uzatdı.
Ester dedi:
– İcazə verirəm!
Kapitan Kuper onun əlini sıxıb, öz familiyasından söhbət açmağa başladı:
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-xxii-generalin-yaninda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Leyla Esterin otağına girərkən, xidmətçi qadın onu faytona oturub Rayanın dalınca getdiyini xəbər verdi.Leyla sevindi, soyunub paltosunu bir tərəfə ataraq Esterin kağız qoluğunu araşdırmağa başladı. Esterin Vahana yazdığı bir məktubu götürdü.
IX. Sui-qəsdin ifşa edilməsiBugünkü iclasa Şaumyan hamıdan sonra gəldi. O, yenə də portfel götürmüşdü. Bu portfeli o, ancaq fövqəladə və mühüm iclaslarda əlinə alardı.Şaumyan stulda oturan kimi menşeviklər və eserlər oturan stulları gözdən keçirtdi. Menşevik və eserlərin hamısı öz yerini tutmuşdu, yalnız bir nəfərin yeri boş idi. Sovet üzvlərindən gəlməyənlər çox az idi. Çünki Şaumyanın mühüm bir məsələ barəsində çıxışda bulunacağı bütün siyasi partiyaların fraksiyasında danışılmışdı. İvanovun həbs edilməsinə baxmayaraq yenə də eser və menşevik rəhbərləri Rayanın ətrafından çəkilməmiş və Sovet hökumətinə qarşı başladıqları bu sui-qəsdin Raya tərəfindən kəşf edildiyini xəyallarına belə gətirməmişdilər. Buna görə də bugünkü iclasda Raya da menşeviklərlə bərabər iştirak edirdi.
X. MəktublarLeyla xanım iki məktub aldı. Məktubun birisi Bakı milyonçusu hacı Zeynalabdın Tağıyevdən, ikincisi Türkiyə ordusu ərkani-hərbindən idi. Məktubların ikisi də mühüm idi.Leyla xanım çox düşündü ki, «məktubların hansını əvvəlcə oxuyum». Əvvəlcə Türkiyə ərkani-hərbindən gəlmiş məktubu oxumağa qərar verdi. Çünki bu məktub Leyla xanımın Türkiyə ərkani-hərbinə göndərdiyi mühüm bir məktuba cavab olmalı idi.
XI. Hacının bağındaLeyla xanım hacının evinə köçmüşdü, lakin hacı ilə Bakıda görüşmək mümkün deyildi. Çünki hacı da başqaları kimi Mərdəkana köçmüş və öz bağında yerləşmişdi.Hacı Leylanın məktubundan sonra ona ikinci bir məktub göndərib Mərdəkanda, onun şərəfinə düzəlmiş ziyafətə gəlməsini xahiş etmişdi.
Başqa şairlərin şeirləri
Səhər yoldan keçərkən,Salam verdik Bərəyə.
Mərəndli Məşədi Muxtarla Aşıq Heydərin deyişməsiAşıq Heydər:Hanı Ağbabanın uca dağları?
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Faydası nəMənasız, məntiqsiz sözü bilmənin faydası nə?!Az anlayıb, çox söyləyib, gülmənin faydası nə?!