Cami-Cəm, fəsil 67
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
ای که گشتی بد آن قدر خرسندکه کسی خواندت به دانشمند
Ey belə özündən çox razı olan,Özgələr yanında alim sayılan,
گرد بدعت مگرد و گرد فضولمیکن آنچت خدای گفت و رسول
Çevirmə bidətə, füzulluğa üz,Allah və peyğəmbər nə deyib, et düz.
قول روشن چو هست و نص جلیپی رخصت چه گردی؟ ای زحلی
Göyün kitabı da düzlüyü sevir,Ey qafil, bu yoldan tez ol üz çevir.
در حیل دفتر و کتاب که ساخت؟یا به تزویر فصل و باب که ساخت؟
Hiyləylə kim yazdı kitab, ya dəftər?!Riyayla kim yazdı bölmə, fəsillər!
سخن راست درنوردیدنگرد تاویل دور گردیدن
Düz, doğru sözləri kənara atmaq,Uzaq məqsədlərin ardınca yortmaq,
جاهل و عام را فضول کندخاص را خود به جان ملول کند
Cahili, nadanı lovğa edər bil,Nəciblər bu işdən sevinən deyil.
روشنی نیستت، فروغ مدهبه کسان رخصت دروغ مده
Özünü göstərmə savadsız olsan,Qoyma başqaları danışsın yalan.
عالمی، بر در امیر مرواین چه رفتن بود؟ بمیر، مرو
Getmə alimsənsə əmirə qonaq.Bu necə getməkdir? Öl, getmə ancaq!
چند گردی چو آب و چون آذرموزه در پای کرد، سر چادر
Çəkmə ayağında, çadra başında,Od, su tək dolanma çox bu cahanda.
چکند مرد چادر و موزه؟از چنین رزق روزه به، روزه
Kişiyə çəkməylə çadra nə gərək!Belə ruzidənsə yaxşıdır ölmək!
لشکر ترک و لقمههای حرامرفته بر پیشگاه خواجه امام
Odur türk qoşunu, tikələr haram...Xacənin yanına getmişdir imam...
کی موافق بود بر دانا؟در یکی خیمه بیست مولانا
İyirmi mövlana çadırda bir an,Buna yaxşı baxmaz ağıllı insan.
لاجرم زین فضول و وسوسههااز محصل تهیست مدرسهها
Bax bu lovğaların əlindən, düzü,Mədrəsə görməyir tələbə üzü.
مفتیی کشوری نگه داردنه به هرزه دری نگه دارد
Müfti bir ölkəni qoruya gərək!Hər kənddə bir qapı nədir gözləmək?!
خیمها پر بتان دلسوزندمرو آنجا، که دیده میدوزند
Çadırlar canalan bütlərlə dolu,Gözlərin bağlanar, tutma o yolu.
پیش آن بت هلاک و مردن چیست؟دل ز دست فقیه بردن چیست؟
O bütçün öldürmək, ya qırmaq nədir?!Fəqihin qəlbini aparmaq nədir?!
شقهای گر ز خیمه باز کندسرت از شوق در نماز کند
Çadranın yanını açarsa əgər,Səni öz önündə o, baş əydirər.
از رخ آن بتان شنگولینتوان بست چشم از گولی
O xumar gözlərin önündə heç kəsÖzün Allanmaqdan saxlaya bilməz.
در بر آن چلنگ زر بفتهای بسا دل که شد به هم رفته
O zərli oxların önündə həmən,Çoxunun ürəyi getmişdir əldən.
خیمه را صلب کرده عیسی واراز درونش بت، از برون زنار
İçində büt vardır, çölündə zünnar,İsa tək çadırdan asılmış onlar.
بر خیال بتی، که میشنویگرد زنار بستهای، چه دوی؟
Bildiyin bir bütün sorağilə sən.Bir kafir ardınca nə yüyürürsən?!
پرده را داغ بر دل آن بت کردخیمه را پای در گل آن بت کرد
Pərdənin qəlbinə çəkdi dağ o büt,Çadırı palçığa saldı bax, o büt.
داده بر باد هر دو جان ارزانگشته چون بید بر سرش لرزان
Onlar öz canını bada verərəkBaşının üstündə əsir söyüd tək.
هر که چون خیمه رفت دربندشروز دیگر ز بیخ برکندش
Çadır tək toruna kim düşsə əgər,Bir gündə kökündən qazıyıb tökər.
بت آن خیمه گر چه یک چندمکرد چون میخ خیمه پابندم
O çadırdakı büt məni də, gerçək,Bir vaxt əsir etdi çadır mıxı tək.
زود بگسیختم طنابش راکردم از دیده دور خوابش را
Ancaq tez qaçaraq kəndiri qırdım,Yuxunu gözümdən uzaqlaşdırdım.
چو ز دانش خلاصه آن باشدکه پس از مرگ پیش جان باشد
Elmin xülasəsi bax budur ancaq;Ölümdən sonra can müdam qalacaq.
پس چرا باید این فزونیها؟وز پی خوردن این زبونیها
Bu artıq mal-dövlət, de, nəyə gərək?!Yem üçün bu əzab nədir, de, görək?!
ورقی چند فصل حل کردنبا فضولان ده جدل کردن
Hünər dəftərindən oxuyub bir az,Füzulluq eyləmək, olmaq boşboğaz,
در خروش آمدن به قوت جهلتا کسی گوید: اینت مردی اهل
Cahillər önündə özündən çıxmaq,Bəlkə biri deyə, bu əhldir, bax?!
علم را دام مال و جاه مسازبر ره خود ز حرص چاه مساز
Elmi gəl eyləmə mal, mənsəb toru,Tamah quyusundan özünü qoru.
به بسی رنج و زحمت و ده و گیرصاحب مسند قضا شده گیر
Çoxlu əzaba döz, yaxşılıq elə,Məhkəmə taxtına çatarsan belə.
Kitabxana.az · https://kitabxana.az/works/ovhadi-cami-cem-67
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
“Biriya”, könlüm olub aşiqi-rüxsari vətən,Başıma düşdü yenə nəşeyi-gülzari vətən.
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
GülxanımDünən bir gözəl görmüşəm,Adı Gülxanım, Gülxanım.