Gəlsə qiyamət, ay ata
Nə yaman eyləmisən rüşvətə adət, ay ata,Yıxacaq evmizi bir gün bu cinayət, ay ata.
Sənə mənsəb verilibsə, o deməkdirmi məgər,Tikəsən nəslinə hər yerdə imarət, ay ata.
Əməlinlə məni rüsvayi-cahan eyləmisən,Çəkirəm dostlar arasında xəcalət, ay ata.
Sənin ekrandakı yaltaqlığın üzmüş anamı,Ona rişxənd eləyir külli-cəmaət, ay ata.
Bilirəm, sən də alırsan yığasan verdiyini,Verməsən ustuluva yoxdu zəmanət ay ata.
Salmısan zindana yüzlərlə günahsızları sən,Onların qarğışı qoymaz bizi rahət, ay ata.
Gəmiçi öz gəmisində sənə yer verdi fəqət,Gəmisin istədin ondan bu xəyanət, ay ata.
Hara getsən son ümidün yenə Allah olacaq,Tövbə qıl, gəl namaza eylə ibadət, ay ata.
Xəlqdən pünhan olan sərvəti qaytar xalqa,Macalın olmayacaq gəlsə qiyamət, ay ata.
16 sentyabr, 2002
Kitabxana.az · https://kitabxana.az/works/punhan-gelse-qiyamet-ay-ata
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İllərlə ömür sürdük azğınlar arasında,Doymaq sifəti yoxmuş quzğunlar arasında.
Qəlbi də məşəldən olurBizdə hər bir işin "ispisok"u əvvəldən olur,Sonra bu əvvəli bayraq kimi yüksəldən olur.
Yarı ağlar, yarı yoxOğlumuz şortik geyibdir - yarı şalvar, yarı yox,Qız da bir paltardadır ki, yarı paltar, yarı yox.
Qocalmaz heç biriOlmasa hal əhli ilə bil ki, qalmaz heç biri,Qalmağından fayda olmaz, çünki olmaz heç biri.