Şor
Tənim başdan-başa şordur, evimdə var olandan şor.Fələk görmür daha kordur, şirin rüzgar olandan şor.
Şorun tərkibi-kimyasın soruşma, Milli Məclisdən,Vəkillər şor yemir əsla, vəkilçün ar olandar şor.
Yatanda gah ağızdan şor şoruldar, gah köpük eylər,Uşaqlar şar-şar oynarlar, ləbimdə şar olandan şor.
Cəlalım şor, camalım şor, haramım yox, halalım şor,Yerim də Abi-şorandır, axar sular olandan şor.
Bazarda şora baxmaqdan özüm də olmuşam «şorgöz»Məni qoymur baxım «Türkan Şoray»a yar olandan şor.
Üzüm ağdır, izim ağdır, gözüm ağdır, sözüm ağdır,Evim xalis ağappaqdır, bütün divar olandan şor.
O gün axır beş övladım, içindən iksi qıcqırdı,Dedi doxtur alıbsan, vedrəsi murdar olandan şor.
Yaxın bir dosta rast gəldim, onu əhvalım inlətdi,Məni rəngsazə bənzətdi, bütün şalvar olandan şor.
Şerdə duzluluq, Pünhan, yəqin ki, səndə şordandır,Fəqət çox ləzzəti olmaz bütün əşar olandan şor.
30 iyul 1996. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-sor
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əvvəli təhrif, sonu tərif elə,Əmr kimindir, onu tərif elə.
Mən bu cahana sığmazamMəndə sığıbdı yüz dükan, mən bu dükana sığmazam,Hər cür haramla köpmüşəm, «Cip»də sükanə sığmazam.
Oyna, gülüm oyna!Oyna, bu elin dərdinə, oyna, gülüm oyna,Sən oyna, mənim millətə qalxmır əlim oyna.
Məhşərlə tamam olmalıdırKişinin ağzı bütöv, söhbəti tam olmalıdır,Kişinin bir sözünə, nakişi ram olmalıdır.