Üzü dördkünc kimi
Sözümün əksi-sədası qopacaq sinc kimi,O zaman səs qoparar söz ki, tutar pinc kimi.
Kiminin qəddi bu dövrana sual tək əyilib,Kiminin qəddi nidadır, üzü dördkünc kimi.
Sexinin həcmi böyük, nəfsi sexindən də böyük,Çörəyin həcmi kiçikdir, içi də linc kimi.
Bığının tükləri bir yorğanı rahatca görər,Keçirib barmağına «lifçiyi» yelpinc kimi.
Bura zor ilə qovub, burda da mitinqə qovur,Qoymayır xalq eləyə alverini dinc kimi.
İncələr inciməsin qoy bu kobud qafiyədən,İncilər inci düzər, mən deyiləm inci kimi.
Nə gəlir ağlına Pünhan köçürür ağ varağa,Bu qəzəl aləminə gəldi o nadinc kimi.
29 mart 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-uzu-dordkunc-kimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu Vətən mülkünü çıx seyrinə, maraqnan doludur,Qırağın «yan»lar alıb, orta qıraqnan doludur.
Mini-miniTorpağımın həm uzunu, eni mini,Kim-kimi mindi, o çapır mini-mini.
KilkəBir sümük, bir dəri olsan da qədimdən, kilkə,Bu çətin gündə mənim tutdun əlimdən, kilkə.
Oruc tutmuşamBir gözələ baxmaram, gözdən oruc tutmuşam,Şimşək olub çaxmaram, sözdən oruc tutmuşam.