ای میر جهانگیر چو تو دادگری نیستچون تو بگه کوشش و بخشش دگری نیست

Cahanda yox sənə tay, ey əmir, ədalətdə,Nə səydə, nə əməldə, nə də səxavətdə!

ناداده ترا گردش گردون شرفی نیستنسپرده ترا طایر میمون هنری نیست

Şərəf nə varsa, fələklər sənə əta etmiş.Hünər nə varsa, səni malik o xuda etmiş.

بر روی زمین رزمگهی نیست که تا حشراز سم سمند تو بر او بر اثری نیست

Cahanda qalmadı meydan ki, olmadın onda,Hələ qalır atının nal izi o meydanda.

ناداده کف راد تو صد بار بمردمدر کنج ملوکان زمانه گهری نیست

Verildi xəlqə bütün, qalmamışdır, ey sərvər, –Zəmanə şahlarının xəznəsində bir gövhər.

بی رخنه گرز تو بحصنی بدنی نهناسفته ز تیر تو بحصنی سپری نیست

Bünövrədən yıxılıb gürzün ilə çox qalalar,Deşilməyən oxun ilə, de, harda bir qala var?

بی شکر تو در دهر گشاده دهنی نهبی امر تو در گیتی بسته کمری نیست

Adın cahanda bu gün hər ağızda əzbərdir,Nə əmrin olsa, xuda əmrinə bərabərdir.

مانند تو در مجلس دینار دهی نیستبرسان تو در میدان لشگر شکری نیست

Hanı, sənin kimi məclisdə zər səpən sultan?Hanı, sənin kimi meydanda ordular dağıdan?

از جمع امیران جهان چون تو ندیدموز جمله شاهان چو تو اندر خبری نیست

Cahan əmirləri içrə tayın görən yoxdur,Sənə bərabər olan şah nişan verən yoxdur!

بی مدح و ثنای تو گزیده سخنی نیستبی تیغ و سنان تو ستوده ظفری نیست

Əsər ki, mədhinə həsr olmadı, əsər olmaz,Qılıncla nizən işə düşməsə, zəfər olmaz!

نزدیک تو کس رنج نبرده است بخدمتکز دولت گنج تو بر او تازه تری نیست

O kəs ki xidmətinə sərf qılmamış zəhmət,Nə haqla xəznədən alsın gərək o da qismət?

دانا و توانا بسفر گردد مردماز قصد بدرگاه تو بهتر سفری نیست

Bilikli, varlı adamlar səfər edirsə əgər,Sənin hüzuruna çatmaq olardı yaxşı səfər.

هرچند بدرگاه تو من قصد نکردمچون من بجهان نیز تو را مدح گری نیست

Nəsibim olmasa da, heç zaman dərgahın.Cahanda mən kimi yoxdur bu gün də məddahın.

وقفیست ز دو میر دهی خرد بمن بردر ده بجز از جفت من و برزگری نیست

İki əmir mənə vəqf edib kiçik bir kənd –Ki, məndən özgə əkinçi o kənddə tutmaz bənd.

یک روز مرا باشد و یک روز مرا نهزیرا که در این نعمت پیوسته سری نیست

Bu gün mənimkidir, ancaq sabah mənimki deyil,Mənə bu neməti də çox görənlər olmuş, bil!

هر کار گذاری که بدین ناحیت آیدگوید که مرا برده تو بر گذری نیست

Gəlir bu nahiyəyə hər mübaşir əvvəllərDeyir ki, kəndinə mən salmaram tamahla nəzər.

چون راست شود کارش و ایمن بنشیندگوید که مرا جز بده تو نظری نیست

Bir az keçir, yerini bərkidir, olur aram,Deyir: – Bu kəndi kökündən gərək çapıb aparam!

در قسم نشد گویم در قسم شده گیردر نیمه من کسرا آن داد وری نیست

Deyəndə vergi qoyulmur mənə, sən al vergi,Şərikliyəmsə də, baxma, tamam sal vergi!

هرچند بگویم سخن من ننیوشدگوید که در این معنی ما را نظری نیست

Eşitmək istəməyir, etməyir əsər söz ona,Deyir: – Danışma hədər, sözlərində yoz məna!

غم نیست بگیتی که غمی نیست فزون زانبد نیست در آفاق که زان بد بتری نیست

Düşünmüşəm ki, qəmə dözməsəm, qəmim artar,O pislik eyləyənin arxasında pislər var.

من باز نمودم بتو ای میر همه حالکز گفته من هیچکسی را ضرری نیست

Sənə açıb deyirəm, ey əmir, dərdimi mən,Zərər toxunmamalı heç kəsə bu sözlərdən.

آن را خطری نیست بر تو به جهان را؟کان را ببر من که رهی ام خطری نیست

Ona sənin kimi şahdan ki, bir xətər yetməz,Mənim kimi qulun halı, yəqin, əsər etməz!

خالی نکناد ایزد گوشت ز بشارتزیرا که بجود تو بگیتی بشری نیست

Xeyir xəbərlə açsın qulağını yaradan,Səxavətində tayın yox bəşərdə, ey Məmlan!

باد از تو و یاران تو بیداد فلک دورکاندر همه آفاق چو تو دادگری نیست

Fələk səni o günə salmasın, cəfa çəkəsən,Ədalətinlə bütün yer üzündə sən təksən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri