ایا ز عز و شرف تاج برنهاده بسرزمانه بر ده همه عمر دشمنانت بسر

اگر بجای پسر دختر آیدت چه زیانکه دختر چو تو باشد به از هزار پسر

اگر شهی را باشد دو صد پسر همه شیریکی بود که سزد افسر پدرش بسر

نه دختری ببر تخت ملک چهر آراستکه بر بساطش بوسید گوهر اسکندر

تو روزگار بدیدی بمان و خندان باشکه روزگار نشاندت دو تا جور در بر

همیشه تا مه و خور بر فلک دهند فروغز رامش و طرب و عیش در جهان برخور

Tale üzünə güldü sənin, taxtını qurdu,Düşmənlərinin ömrünü dövran başa vurdu.

Allah sənə qız verdisə də, qəm yemə əsla,Ey şah, o, min oğlan gözünə gün kimi nurdu.

Bir şahın əgər düz iki yüz oğlu da olsa,Onlardan axı bircəsi taxt-taca uğurdu.Tarix də bilir, səltənətin zinətidir qız,İskəndər onun şahlığını haqlı buyurdu.

Dünyanı görübsən, yenə gör, gül, yaşa, şad ol,Şad ol ki, yanında iki şahzadə oturdu.

Öz nurunu saçmaqda ikən göydə Günəş, Ay,Ömrün boyu kam al və sevindir ana yurdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale