Oturmuşam Şamaxıdabir dostun bağında,İstəyirəm dostlaşahəyətdəki it mənimlə.Daha hürməyə məni görəndə,Səhər tezdən durdum,İtə çörək verdim,bir az dostlaşdı mənimlə.Amma hər dəfə çörəyi ona atandaqorxub uzaqlaşırdı əvvəl,Sonra yaxınlaşıb çörəyi qorxuylagötürürdü yerdən,Sordum ozümdən nə üçün qorxurbu it məndən?İt niyə gərək qorxa insandan.Bu qorxu nədi, hakimdi dünyadainsanlara, heyvanlara.Sordum bu sualı itdən:– Nədən hürürsən, nədən, sənBu qüvvətli canla, kəsən dişlərlənədən qorxursan?İt dostlaşdı mənimlə, əydi başın söylədi.– Hürmək qorxudandı, bunuinsanlar yaradır məndə.

13.07.2008, Şamaxı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri