Bu iyirmi yaşın astanasında
Bu iyirmi yaşın astanasındaBir az nəfəs derim, dayanım bir az.Bu iyirmi yaşın astanasındaYəqin ağlamaq da günah sayılmaz.
Üzümə-gözümə yaxşı-yaxşı bax;Eh, məndə nə var ki gözə gəlimli?!Gözlərim özümdən bir az da qorxaq,Əllərim özümdən bir az rəhmli.
Mən sevdim qızları -küsdü ulduzlar...Ulduzlar qızların gözüdür, dedim.Mən dedim, göylərdən ucadı qızlar!..Gözlər ürəklərə güzgüdür, dedim.
Qızlardan ucaymış göylər, sən demə,Gözlər ürəklərə güzgü deyilmiş.
Mən gizli saydığım şeylər, sən demə,Dünyada heç kəsdən gizli deyilmiş.
...Bu iyirmi yaşın astanasındaAlnıma tökülən telə ümid yox.Bəlkə də, ömrümün yarısı keçdi,Parisi görməyə hələ ümid yox...
Kitabxana.az · https://kitabxana.az/works/ramiz-rovsen-bu-iyirmi-yasin-astanasinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir