Dünya qurub tələsini,Durub güdür hələ səni...Bu bazarda tərəzininDilini bilən qazanır.

Ən ucuz nədi? Qəm-kədər...Buyur, ye xirtdəyə qədər,Qorx ki, onda da deyələr:"Filankəs filan qazanır!.."

Bu bazardan doydum, anam,Düyün düşüb doğru-yalan...Bu dünyada bir doğulan,Bir də ki, ölən qazanır...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri