Anama
Mən "annə" deyirdim anama bir zaman, "annə"!Sənsiz, ürəyim bir teli qopmuş kaman, annə!
Solmuş atamın ətrini ətrindən alırdım,Ətrinlə onun ətri də getdi, aman, annə!
Dörd oğlu böyütdün, ata oldun bir ocaqda,Dərmanını dərd eylədin, ey qəhrəman, annə!
El yaxşı bilir, yaxşılığın rəmzi idin sən,Sən yaxşı ki, bilmirsən, üzüldüm yaman, annə.
Həsrətli sabahımda günəş yox, gecəm aysız,Sanki qapanıbdır üzümə asiman annə.
Bəxt ulduzumun nuru qaraldı gedişinlə,Getmir neçə ildir ki, gözümdən duman, annə.
Mən indi nəyəm ki, nə atam var, nə anam var,Başdaşları üstündə görünməz güman, annə.
Sən bir yetimə ahını man bilmə deyirdin,Ah, mən yetimə ahı deyil indi man, annə.
Kimdir bu Rəfiqindən ömür, gün uman, annə,Ey gözlərini ömrə ömürlük yuman annə!
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-anama
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Deyişmə (Bədihə): Göstərəndə qaşlarının tayını— Həsən:Göstərəndə qaşlarının tayını,
ƏlindənSəni gördüm, bir də görə biləydim,Bircə anı bir il sürə biləydim,