Bəzən bir dağ başındaDursalar da lal kimi,Şairlər uçuşdadırDaima, qartal kimi.

Məlalı sevinc kimi,Sevinci məlal kimi,Onların gözlərindəHicran da vüsal kimi.

Onlar üçün dəyərliBir şey yox xəyal kimi,Şairlər uçuşdadırDaima qartal kimi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran