Son zamanlarsəni tez-tezyuxuda görürəm, Təbrizim!Yuxuma qəmli gəlirsənhər gecə.Suyun, çörəyin varmı?Nəğmən necə?Yenə “Qaragilə”dir,yoxsa daha qəmlidir?Göy məscid necədir?Ərk qalası necə?Yanıq dağ qupqurudur,ya nəmlidir?Tez-tez yuxuma girirsən,Təbrizim!Yoxsa incimisən,uzun həsrət yorub səni?Yoxsa dözüb-dözübindi yaman qəribsəmisən.

İnanmıram,hələ ümidin var böyüyəsi,arzun var boy atası.Hardan düşdü yadımaanamın göynəkli bayatısı:“Mən bütöv bir yuvaydım,yel vurdu paralandım.Mən səndən ayrılmazdım,zülümnən aralandım”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri