Balaş Azəroğluna

Laylası məhzun,Nəğməsi məhzun.Həsrəti ömründən uzun.Karvandan üzülmüş ağ dəvəsi.Gözlərində böyük ümidin uzaq töhfəsiNeçə evinin küçə divarı kor.Dodaqları quru,bulaqları gur.Arzularında qançır, qamçı.Kədəri axın-axın,sevinci damcı-damcı.Bəzən günləri qanlı yuxu kimi,bəzən həsrətli yuxuları gerçək olmuş.Neçə dəfə sevincək olmuş.Balaları sərgərdan.Gəlinləri nigaran.Qurtuluş yolları:məhbəs, dar ağacı, gülləbaran.Dan yeri qan boyalı.Ümidindən, arzusundan dönməyən.Ocağında – ürəyində odu sönməyən.Səhəri uzun əsrlərin yolunda yubanan,Qardaşına həsrət, bacısına həsrət,bayatıları – qədim məhəbbət.Qoynu gah aydın havalı,gah çənli, dumanlı.Qəlbi gümanlı.Taleyi böhranlı.Özü bababir, nənəbiradət-ənənə bir –doğma qardaşım.Pasportda o yanlı.

Arzulayanda əlim çatmayan.Ağrısı, göynəyi qəlbimdəgecə-gündüz yatmayan.Dağları dağlarıma bənzər,bağları, bağlarıma.Ana sözü kimiəziz olan adı – dodaqlarıma.Köhnəm, təzəm, uzağım, yaxınım.Ən gözəl şerim,Yanıqlı mahnım.Mənsizim!Təbrizim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri