Amalımız, əfkarımız ifnayi-vətəndir,Kinü qərəzü hirs bizə ziynəti-təndir,Əfal yox, ancaq işimiz lafi-dəhəndir,

Dünyadə əsarətlə bütün kam alırız biz,Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!

Əqrəb kimi neştər gücü var dırnağımızda,İslam susuz olsa, su yox bardağımızda,Hər küncdə min tülkü yatıb çardağımızda,

Min hiylə qurub, rütbəvü ikram alırız biz,Qafqazlılarız, yol kəsiriz, nam alırız biz!

Qafqazlı adı aləmə ikrah-rəsandır,Quldur, qoçumuz zülmdə məşhuri-cəhandır,Kim dersə tərəqqi edəriz, məncə, yalandır,

Büxlü həsədə adət edib, kam alırız biz,Qafqazlılarız, yol kəsiriz, nam alırız2

Biz xoşlamanıq dərsi ki, min məktəb açılsın,Gər min də məarif sözü dünyayə saçılsın,Məktəbdə nə hörmət ki, o samanə qaçılsın?

Meyxanədə votqa vurarız, kam alırız biz,Qafqazlılarız, məst olarız, nam alırız biz!

Avropalı öz millətin ihya edir, etsin,Şə’nü şərəfi-qövmünü i’la3 edir, etsin,İnsanlıq adın dəhrdə ibqa edir, etsin,

Qəflətdə yatıb, ad batırıb, nam alırız biz,Başə yumuruq zolladırız, kam alırız biz!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira