Bimərhəmət ə’yanlarına şükr, xudaya!Bu sahibi-milyanlarına şükr, xudaya!Millət qəminə baxmayan ənzari-kərəmlə –İşani-zəvişanlarına şükr, xudaya!İş bilməyən ancaq yemək-içməkdən əlavə,Bu canlı dəyirmanlarına şükr, xudaya!Bidadi-bəradərlə olan qanına qəltan,Qafqazdakı qurbanlarına şükr, xudaya!Xassə Baku şəhrində, o şöhrətli məkandaDərya tək axan qanlarına şükr, xudaya!Xunxar olan əfradi-bəni-növ’ünə daim –Bu vəhşiyü ğürranlarına şükr, xudaya!Qurd isə, şəqal isə biyabanda olurdu,Şəhr içrə bu heyvanlarına şükr, xudaya!Gözlənməyən ədnalığın icadına ciddən –Himmət edən insanlarına şükr, xudaya!Həmmamdə övrətlərə quldurluq edən buQeyrətli müsəlmanlarına şükr, xudaya!Sakit oturan boylə cinayətlərə qarşıBu sahibi-vicdanlarına şükr, xudaya!Bilməm nə zəman qəhrin edər aləmi bərbad?!Səbr etdiyin avanlarına şükr, xudaya!Həll olmadı könlümdəki niskilli müəmma,Təcdid edirəm mətləi, mabə’di var əmma!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira