Asudə mənəm ki, xər nədarəm,Əz abü ələf xəbər nədarəm.

Dünya dəyə bir-birə sərapa,Min həşr ola şuriş ilə bərpa,Sərtasər əgər dağılsa dünya,Təsir eləməz mənə heç əsla.Asudə mənəm ki, xər nədarəm,Əz abü ələf xəbər nədarəm.

Millət bata yüz qəmü məlalə,Ney tək edələr fəqanü nalə.Hər gün yetə gər vətən zəvalə,Bir zərrəcə düşmərəm xəyalə,Asudə mənəm ki, xər nədarəm,Əz abü ələf xəbər nədarəm.

Yoxsul ola gər bütün cəmaət,Gər ölsə də qılmaram himayət.Millət qəmi, biqəmə nə hacət?Bir kəs mənə eyləməz məlamət,Asudə mənəm ki, xər nədarəm,Əz abü ələf xəbər nədarəm.

Nə əhli-diləm ki, anlayam dil.Nə arifəm, elm edəm də təhsil.Nə öyləcə naqisəm, nə təkmil,Nə xahiş edərsəm, olar hasil,Asudə mənəm ki, xər nədarəm,Əz abü ələf xəbər nədarəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən