Bir cibimdə əskinasım
Bir cibimdə əskinasım, bir cibimdə ağ mənat,Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!Pişgahi-çeşmi-canımda vətən etsə vəfat, -Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!
Qarşımda təzim üçün səf bağlasa kühsarlər,Axsa aclar didəsindən cuyi-cuşişbarlər,Baxmaram, ancaq çoxalsın kassada dinarlar,Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!
Xuni-əxvan ilə qoy olsun vətən bir laləzar,Zalimanın zülmü hərgiz etməsin vicdanə kar,Tək ucalsın şənimiz, olsun təəyyüş bərqərar,Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!
Şimdi bəzl etməm, mənə lazım şu imranın sonu,Çün pula möhtacdır dünyada hər anın sonu,Bərcəhənnəm olmasın yeksər müsəlmanın sonu!Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!
Çeynənildi millətin, neylim hüquqi-əqdəsi,Ya ki, heç bir yerdə yoxdur hörmətli, çəni, səsi,Böylə-böylə sözlərin mən olmaram baziçəsi!Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!
Müxtəsər, çəkmə yanımda bir də vicdan namini,Ac qalıb zar ağlayan bikəs yetiman namini,İstəsən könlüm açılsın – söylə milyan namini!Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-bir-cibimde-eskinasim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bayram olcaq şövkətlilər, şanlılar,Dövlətlilər, pullular, milyanlılar,
Ə. Qəmküsar bəradərimə cavab“Təhvili-ibarət” sözünü “tərcümə” qanmaq, –Məktəbli çocuqlar da bilir kim, bu xətadır;
Bildir ehyayi-Səmərqənd etdi İran taciriBildir ehyayi-Səmərqənd etdi İran taciri,Məktəb açdı, xəlqi xürsənd etdi İran taciri;
ŞamaxıdaƏsri-bistümdür, səhab1 altında qalmaz şəmsi-elm,Bir zəman təl’ət açar, pərtöv saçar, zülmət qaçar;
Başqa şairlərin şeirləri · İlahi eşq
İnsan oğlu qafil olma, aç gözün qəbristanə bax!Üz çevir haqqın yoluna, haqq ilə divanə bax.
Cana, üzündəki o iki mahitabə bax!Cana, üzündəki o iki mahitabə bax!Qəlbimdəki bu dərdə, qəmə, iztirabə bax!
SəniKafərdi kor mələk bilə, canə mələk səni,Sultani-hüsnsən yaradıb tanrı tək səni.
Ey dil, rəva deyil ki mən əğyarə yalvarımEy dil, rəva deyil ki mən əğyarə yalvarım,Sən rəhnümalıq eylə, gedim yarə yalvarım.