Daş qəlbli insanları neylərdin, İlahi?!
Daş qəlbli insanları neylərdin, ilahi?!Bizdə bu soyuq qanları neylərdin, ilahi?!
Artdıqca həyasızlıq olur el mütəhəmmil,Hər zülmə dözən canları neylərdin, ilahi?!
Bir dövrdə kim, sidqü səfa qalmayacaqmış, --Bilməm belə dövranları neylərdin, ilahi!
Məzlumların göz yaşı dərya olacaqmış, --Dəryaları, ümmanları neylərdin, ilahi?
Səyyadi-cəfakardə rəhm olmayacaqmış, --Ahuləri, ceyranları neylərdin, ilahi?!
Bağın, əkinin xeyrini bəylər görəcəkmiş, --Toxm əkməyə dehqanları neylərdin, ilahi?!
İş rəncbərin, güc öküzün, yer özününkü, --Bəyzadələri, xanları neylərdin, ilahi?!
Hökm eyləyəcəkmiş bütün aləmdə cəhalət, --Dildadeyi-irfanları neylərdin, ilahi?!
Surtuqlu müsəlmanları təkfirə qoyan buDöşdüklü müsəlmanları neylərdin, ilahi?!
Yaxud buların bunca nüfuzu olacaqmış, --Beş-üç bu süxəndanları neylərdin, ilahi?!
Qeyrətli danosbazlarımız iş bacarırkən, --Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!
Ərlər hərə bir qız kimi oğlan sevəcəkmiş, --Evlərdəki nisvanları neylərdin, ilahi?!
Tacirlərimiz Sonyalara bənd olacaqmış,Bədbəxt Tükəzbanları neylərdin, ilahi?!
Sübhanəkə, sübhanəkə, sübhanəkə, ya rəb!Baxdıqca bu hikmətlərə heyran oluram həp..
Kitabxana.az · https://kitabxana.az/works/sabir-das-qelbli-insanlari-neylerdin-ilahi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bəstə iqdam eyləyin, ey tacirani-mö’təbər!Qaliba, vardır ümidim, bəxt yar olsun sizə!
Hatif deyir ki ("Bəs Şəmaxidə məktəbi-nisvan")Bəs Şəmaxidə məktəbi-nisvanAçacaqdın, buna güman çox idi...
"Osmanlıcadan tərcümə türkə" – bunu bilməm"Osmanlıcadan tərcümə türkə" – bunu bilməm,Gerçək yazıyor gəncəli, yainki hənəkdir;
Şimdi hər millət edir nəfsini irfanə fədaŞimdi hər millət edir nəfsini irfanə fəda,Vətən övladı üçün elmə, dəbistanə fəda.