Fəxriyyə
Hərçənd əsirani-qüyudati-zəmanız,Hərçənd düçarani-bəliyyati-cəhamz,Zənn etmə ki, bu əsrdə avareyi-nanız,Əvvəl nə idiksə, yenə biz şimdi həmanız...Turanlılanz, adiyi-şüğli-sələfiz biz!Öz qövmümüzün başına əngəlkələfiz biz!
Zülmətsevər insanlanz üç-beş yaşımızdan,Fitnə göyərir torpağımızdan, daşımızdan:Tarac edərək, bac alınz qardaşımızdan,Çıxmaz, çıxa bilməz də bu adət başımızdan...Əslafımıza çünki həqiqi xələfiz biz!Öz qövmümüzün başına engəlkələfiz biz!
Ol gün gi, Məlikşah Büzürg eylədi rihlət,Etdik iki namərd vəzirə təbəiyyət:Qırdıq o qədər bir-birimizdən ki, nəhayət,Düşmən qatıb əl, taxtımızı eylədi qarət...Öz həqqimizi gözləməyə bitərəfiz biz!Turanlılanz, adiyi-şüğli-sələfız biz!
Bir vəqt olub ləşkəri-Çingizə tərəfdar,Xarəzmləri məhv elədik qətl ilə yekbar:Xarəzmlərin şahı fərar eylədi naçar,Məscidləri, məktəbləri yıxdıq yerə təkrar...Heqqa ki, səzavari-nişanü şərəfiz biz!Öz dinimizin başına əngəlkələfız biz!
Bir vəqt də dəvayi-Səlib oldu mühəyya,Dəvadə firənglərə qalib gəlib, əmmaDincəlməyib etdik yenə bir faciə bərpa,Öz tiğimiz öz rişəmizi kəsdi sərapa...Guya ki, biyabanda bitən bir sələfiz biz!Öz qövmümüzün başına əngəlkələfiz biz!
Bir vəqt dəxi Qarəqoyun, Ağqoyun olduq,Azərbaycana, həm də Anadoluya dolduq.Ol qədr qırıb bir-birimizdən ki, yorulduq,Qırdıqca yorulduq və yorulduqca qırıldıq...Turanlılarız, adiyi-şüğli-sələfiz biz!Öz qövmümüzün başına əngəlkələfiz biz!
Bir vəqt salıb təfriqə olduq iki qismət,Teymur şahə bir paramız etdi himayət:Xan İldınma bir paramız qıldı itaət,Qanlar saçılıb, Ankarada qopdu qiyamət...Əhsən bizə! Həm tirzəniz, həm hədəfiz biz!Öz qövmümüzün başına əngəlkələfiz biz!
Teymur şəhi-ləngə olub tabeyi-fərman,Xan Toxtamışı eylədik al qanına qəltan:Ta oldu Qızıl Ordaların dövləti talan,Məsko şəhinə faidəbəxş oldu bu meydan...Əlyövm uruslaşmaq ilə zişərəfiz biz!Öz dinimizin başına əngəlkələfız biz!
Bir vəqt Şah İsmayilü Sultani-SəliməMəftun olaraq eylədik islamı dünimə:Qoyduq iki tazə adı bir dini-qədimə,Saldı bu təşəyyə, bu təsənnün bizi bimə...Qaldıqca bu halətlə səzayi-əsəfiz biz!Öz dinimizin başına əngəlkələfiz biz!
Nadir bu iki xəstəliyi tutdu nəzərdə,İstərdi əlac eyləyə bu qorxulu dərdə:Bu məqsəd ilə əzm edərək girdi nəbərdə,Məqtulən onun nəşini qoyduq quru yerdə...Bir şeyi-əcibiz, nə bilim, bir tühəfiz biz!Öz dinimizin başına əngəlkələfız biz!
İndi yenə var tazə xəbər, yaxşı təmaşa,İranlılıq, osmanlılıq ismi olub ehya:Bir qitə yer üstündə qopub bir yekə dəva,Meydan ki qızışdı olanq məhv sərapa...Onsuz da əgərçənd ki, yeksər tələfız biz!Öz qövmümüzün başına əngəlkələfiz biz!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-fexriyye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Pa atonnan, nə ağır yatdı bu oğlan, ölüb əəə!Nə də tərpənməyir üstündəki yorğan, ölüb əəə!
Səbr eyləBəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!Üzün oldisə gər külfət yamnda qarə, isəbr eylə!
Sən piri-cəhandidəsən, ey Seyyidi-sərkarSən piri-cəhandidəsən, ey Seyyidi-sərkar,Məndən çək əlin, eylə gilən pir ilə rəftar!
Sərü hər muydə min aşiqi nalanın varSərü hər muydə min aşiqi nalanın var,Məgər ey şux nə bir cismdə min canın var.
Başqa şairlərin şeirləri
Müshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,
Üzünə vurmazGünəş işığını əndərər yerə,Cücərən otların üzünə vurmaz.
Sizlərsiniz! Ey qövmi-macar, bizlərə ixvanSizlərsiniz ey qövmi-Macar, bizlərə ixvanƏcdadımızın müştərəkən mənşəyi Turan.
Ki taban yüz nuri maha bəñzərKi taban yüz[i] nuri maha bəñzərMələklər qul kibi ol şaha bəñzər