İstəsən könlüm kimi zülfün pərişan
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
İstəsən könlüm kimi zülfün pərişan olmasın,Ol qədər cövr et mənə ah etmək imkan olmasın!
Dərdi-eşqin qəsdi-can etdisə, mən həm şakirəm,İstərəm cismimdə dərd olsun, dəxi can olmasın!
Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri!Əhrimənlər maliki-mülki-Süleyman olmasın!
Atəşin ruyində əfitək yatıb geysulərin,Türfə cadudur ki, mar atəşdə suzan olmasın!
Derlər, aşiqküş nigarım qətlimə amadədir,Allah, Allah, bir səbəb qıl kim, peşiman olmasın!
Mübtəlayi-dərdi-eşqəm, əl götür məndən, təbib!Eylə bir tədbir kim, bu dərdə dərman olmasın!
Məqtə — şairin təxəllüsü olan son beyt. Sabira, ümmidi-vəsl ilə qəmi-hicranə döz,Hansı bir müşküldi kim, səbr ilə asan olmasın?!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-istesen-konlum-kimi-zulfun-perisan-olmasin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Nə xəbər var, məşədi?– Sağlığın!
Və’z etdiyin inandı, sən amma inanmadın!Və’z etdiyin inandı, sən amma inanmadın!Ya lil’əcəb, məgər yorulub bir usanmadın?!
Asudəlik bu saət yerdən göyə cəhanda"Dil mirəvəd zidəstəm, sahib dilan xudara,Dərda ki, razi-pünhan xahəd şod aşikara!"1
Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!Üzün oldisə gər külfət yanında qarə, səbr eylə!
Başqa şairlərin şeirləri · Eşq
Sən məndən uzaqsan, mən səndən uzaq,Uzaqdır sevimli gözlərin mənə.
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəmMəlahət gülşənində bir güli-həmrayə həsbəndəm,Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,
ƏrərdənEy ağalar, sizə bir ərz eyləyim,Rövzeyi-rizvandan, huri-ğılmandan,
ز حسن تو پیدا شد آیین عشقخرد را لبت کرد تلقین عشق