İnanmam, söyləmə artıq ki, feyzabad olur aləm,Yağar imkani-rəhmət, baği-ədlü dad olur aləm,Doğar xurşidi-hürriyyət, bütün azad olur aləm,Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!Bu ikən vəz’imiz, çox çəkmədən bərbad olur aləm!

Nə istərsən, canım, əl çək, yetər fəryadi-hürriyyət!Nə yapsın köhnələrlə dilbəri-növzadi-hürriyyət?!Bütün əxvanın ikən səngdil, cəlladi-hürriyyət?Xəyali-xamə duşmə, bilmə bir gün şad olur aləm!Bu ikən vəz’imiz, çox çəkmədən bərbad olur aləm!

“Oxur, təhsil ilə ehrazi-hürriyyət qılar insan...” –Bu söz pək doğrudur, əmma hanı məktəb, hanı irfan?Qalırkən ölkəmiz məktəbsizin, övladımız nadan,Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!Bu ikən vəz’imiz, çox çəkmədən bərbad olur aləm!

Təcəlla etdiyin gördük o məhbubi-dilaramın,Fəqət al qanə qəltan olduğun da gördük islamın,Başından çıxmadıqca Rey həvası şahi-gümnamın,Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!Bu ikən vəz’imiz, çox çəkmədən bərbad olur aləm!

Əgər sən görmədinsə zövqünü gülzari-əkvanın,Yəqin et, mən də görməm bir səfasın ol gülüstanın,Sənü məndən sora ya dəyşilirmi halı dövranın?Xəyali-xamə düşmə, bilmə bir gün şad olur aləm!Bu ikən vəz’imiz, çox çəkmədən bərbad olur aləm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira