Məftuni-səri-zülfüne qüllab gərəkməz,Rəncuri-ləbi-ləlinə innab gərəkməz.

Məhrabə sücud ətmərəm, ey qibleyi-məqsud,Qaşın görənə səcdeyi-mehrab gərəkməz.

Aç zülfünü, divanələri bir yerə yığma,Bu firqəyə cəmiyyəti-əsbab gərəkməz.

Yatma xəmi-zülfündə nigarın belə rahət,Aşiqlərə, ey xəstə könül, xab gərəkməz.

Mən nəşeyi-ləli-ləbi-canan ilə məstəm,Saqi, mənə minbəd meyi-nab gərəkməz.

Hicrində rəvadir ciyərim qanı tökülsün,Çeşmindən axan qətreyi-xunab gərəkməz.

Məqtə — şairin təxəllüsü olan son beyt. Sirab eləyib ləli-ləbin Sabiri, ey şux,Təbdari-qəm-eşqinə qəndab gərəkməz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq