Məktub ("Molla dayı, etmə şərarət belə")
Molla dayı, etmə şərarət belə,Ortalığa salma ləcacət belə!..
Gündə çıxarma yeni bir qaidə,Məktəbi bilmə belə bafaidə,Milləti bənd etmə əlif-baidə,Söyləmə “sə’fəs” belə, “qərşət”1 belə!..
Çox da sənin tək deyiləm naxələfTa olam aqi-pədərani-sələf,Elmlə övladımı etməm tələf –Min də desən söz belə, söhbət belə!..
Elm nədir, fəzl nədir – qanmaram,Atəşi-elmə alışıb yanmaram,Sən edən iğvalərə aldanmaram,Vermə əbəs kəndinə zəhmət belə!..
Cəhldə bir qəl’əyi-istadəyəm,Aləmi məhv etməyə amadəyəm,Adiyi-tiryakü meyü badəyəm,Etmişəm ömrümdə mən adət belə!..
Tikmə, kənar ol, gözümə milləti!Neyləyirəm milləti, milliyyəti?!Oldu başım dəng, dəyiş söhbəti,Az sölə millət belə, ümmət belə!..
Mən fəqət öz əmrimi samanlaram,Xeyrim üçün aləmi viranlaram,Mən nə cəmaət, nə vətən anlaram, –Yansa vətən, batsa cəmaət belə!..
Yox gözüm əsla füqəra görməyə!Xud, füqəranı nə rəva görməyə?Gözdə əgər olsa ziya görməyə –Göstər ona pul belə, dövlət belə!.
Kitabxana.az · https://kitabxana.az/works/sabir-mektub-molla-dayi-etme-seraret-bele
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cümələrdə dükan açmaz bakılı,İstəsən gəz Bakının hər yerini;
Öymə nəsəbi, öyməyə şayistə həsəbdirÖymə nəsəbi, öyməyə şayistə həsəbdir,Gördük o müləvvəsləri kim, paknəsəbdir.
Cəvankən fəqrdən etmə şikayətCəvankən fəqrdən etmə şikayət,Cəvanlıqdan böyük bir sərvət olmaz!
Oğrulardan da bədəxlaq qumarbazlardırOğrulardan da bədəxlaq qumarbazlardır,Çünki bu firqədə onlar kimi cür’ət yoxdur;
Başqa şairlərin şeirləri · Vətən
Bağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!
GərəkdirAşıq olub, tərki-vətən olanın,Əvvəl, başda pür kamalı gərəkdi.
DağlarZinəti nərgizdən, tər bənövşədən,Al-yaşıl geyinib şad olan dağlar.
Xosrov və Şirin, fəsil 101Xosrov dedi: "Mənə çərx gərdişindən,Bu yerdən, havadan bir az danış sən."