Mən belə əsrarı qana bilmirəm
Mən belə əsrarı qana bilmirəm,Qanmaz olub da dolana bilmirəm!..
Axtaxana, sağda dana böyüdü,Mən böyük ollam haçana, bilmirəm!..
Derlər utan, heç kəsə bir söz demə, -Həq sözü derkən utana bilmirəm!..
Neyləməli, göz görür, əqlim kəsir,Mən günəşi göydə dana bilmirəm!..
Şiddəti-seylan ilə baran tökür,Bir koma yox, daldalana bilmirəm!..
Derlər utan, hərzəvu hədyan demə, -Güc gətirir dərd, usana bilmirəm!..
Derlər, otur evdə, nədim, kasibəm,Kəsb eləməzsəm, qazana bilmirəm!..
Derlər, a qanmaz, de yıxıl, öl, qurtar!Hə, balam, doğrusu, ay dadaş, mən dəxiMəsləhət ondan o yana bilmirəm!..
Kitabxana.az · https://kitabxana.az/works/sabir-men-bele-esrari-qana-bilmirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şamaxlılar kimi işsiz, kifayətsiz deyilizKi, tel vuraq dumaya biz ana lisanı üçün;
Dilənçi deyir ki ("Əl açıb sail olmağın xoşdur")Əl açıb sail olmağın xoşdur,Gərçi bir həbbə sim isə diləyin;
Çox təəccüb edirəm tərzi-cədidə ki, onuÇox təəccüb edirəm tərzi-cədidə ki, onuƏcnəbilər oxuduqca hünər izhar ediyor.
Gərçi pərvaz etdi ayroplan dünən bir quş kimiGərçi pərvaz etdi ayroplan dünən bir quş kimi,Aləmi heyrətdə qoydu elmü irfan naminə;
Başqa şairlərin şeirləri
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
گفت آن کس که در جهان او رابجز از زحمت جهان ننهند
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
BaxtımNə müddətdir bu qəflətdən,Oyanmırsan, qara baxtım.