Neyliyim, ey vay! Bu urus başdılar
Neyliyim, ey vay! Bu urus başdılar,Bilməyirem hardan aşıb-daşdılar?!Ölkədə gündən-günə çoxlaşdılar,Hər əmələ hər işə çulğaşdılar,
Qoymayın, ay köhnələr, ay yaşlılar!Heyvərələr hər yerə dırmaşdılar!
Hər biri min günə iş icad edir,Məclis açıb nitqlər irad edir,Şiə ikən sünnüləri şad edir,Sünnü ikən şiəyə imdad edir,
Sanki bunlar bir-birə qardaşdlılar,Yoxdu təəssübləri,çaşbaşdılar!
Heç biri öz məzhəbinin hörmətinGözləməyir, gözləyir el qeyrətin;Cümləsi bir yolda qoyub niyyətin,Xoşlamayırlar atalar adətin;
Çünki nə sünni, nə qızılbaşdılar,Bir yava şeydir bu başı daşdılar!
Əmr təəssüb ola butlan neçin?Sünnü deyə şiyələrə can necin?Şiə bilə sünnünü insan neçin?Birləşə yəni bu müsəlman neçin?
Himmət edin din gedir ay başdılar!Qoymayın aldatdı bizi saşdılar!
İndi ki, duyduz buların niyyətinCəhd eləyin pozmaga cəmiyyətin!Bunları pozmaq bizə olmaz çətin,Harda ki, gördüz, oxuyun lənətin;
Hökm eləyin, küfrlə ulğaşdılar,Dini-xudadən qırılıb qaşdılar,Cümləsi kafirlərə yoldaşdılar,Çünki təəccüblər yox çaşdılar!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-neyliyim-ey-vay-bu-urus-basdilar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Derlər, İran günbəgündən xar olur, əlbəttə ki!Səhhətin hifz etməyən bimar olur, əlbəttə ki!
Almaniya imperatoru Vilhelm deyir ki ("Möhtərəm iranlılar, sizdən təmənnamız budur")Möhtərəm iranlılar, sizdən təmənnamız budur:Bir də İran hifzini bizdən təmənna etməyin;
Eynüddövlənin iste’fasından dolayı bəstə girmək istəyən Tehran tacirani-qeyrətməndanələrinə!Bəstə iqdam eyləyin, ey tacirani-mö’təbər!Qaliba, vardır ümidim, bəxt yar olsun sizə!
Hatif deyir ki ("Bəs Şəmaxidə məktəbi-nisvan")Bəs Şəmaxidə məktəbi-nisvanAçacaqdın, buna güman çox idi...
Başqa şairlərin şeirləri
Dodaqları gül qönçəsi,Yanaqları lala yarım.
Ey gülüm, ey sünbülüm, ey süsənim, ey ənbərimEy gülüm, ey sünbülüm, ey süsənim, ey ənbərim,Ey mənim nüqlüm, meyim, həbbim, nabatım, şəkkərim.
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,