Şe’rimi, Molla dayı, zənbilə salsan, mənə nə?!Düşməyib ümdənü səhvən yada Şirvan, mənə nə?!Özüm aciz deyiləm, şəhrimizin ətvarınÇəkərəm nəzmə, əgər olsa da hədyan, mənə nə?!Əvvələn, ümdeyi-mətləb bu ki, şəhr əhli təmamTənbəlü kahilü bihimmətü nadan, mənə nə?!Məhfilü məclisimiz, mədrəsəvü məscidimiz,Həm qiraətxanəmiz bağlı, pərişan, mənə nə?!Əvəzində buların çayçı, çaxırçı dükanıGecə-gündüz doludur cümlə müsəlman, mənə nə?!Füqəranın qanını çox da sorullar lotular,Şeyxlər xəlqə satır huriyü qılman, mənə nə?!Qanmasan sözlərimi jurnala da yazma dəxi,Məsləhət amma budur, fikr elə, bir qan, mənə nə?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira