Vəqta ki, qopur bir evdə matəm
Vəqta ki, qopur bir evdə matəm,
Təşkil edilir büsati-ehsan,
Mə’lumlər əyləşir müəmməm,
Təfrih ilə əllərində qəlyan,
Ev sahibinin xəyalı bərhəm,
Əfkarı qonaqların fisincan,
Bişdikcə qazan-qazan mütəncəm,
Gəldikcə tabaq-tabaq badımcan –
Yad et məni, yaglı-yaglı yad et!
Vəqta ki, əsas olur mürəttəb
Məcmuəyi-nazü ne’mət ilə,
Sərsüfrədə səf çəkir müəddəb
Eyzən nücəba mətanət ilə,
Dərvazədə əhli-fəqr: "Ya rəb!
Ya rəb!.." çağırır zəlalət ilə;
Sərsüfrədə dadlı-dadlı şərbət,
Içdikcə qonaqlar əldə fincan,
Dərvazədə həsrətü nədamət,
Olduqca nəsibi-müstəməndan –
Yad et məni, qəmli-qəmli yad et!
Vəqta gətirir bir əhli-sərvət
Minheysi-zəkat bir qədər pul;
Səyfül-üləma edib icabət,
Övradə olur və leyk məşğul;
Yə’ni ki, müqəddəsəm həqiqət (?)
Mən fazili-əsr, xəlq məfzul.
Məbləğ tökülüb hüzurə lay-lay,
Olduqda həvaleyi-cibişdan,
Həqqül-füqərayə şeyx: "Oxqay,
Bəllə’tü" deyib udanda pünhan
Yad et məni, gizli-gizli yad et!..
Kitabxana.az · https://kitabxana.az/works/sabir-veqta-ki-qopur-bir-evde-matem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
AY HARAY!Ay haray, bir neçə şair, neçə şair kimilər
DOĞRUDOĞRUDoğru deyən olsaydı yalançı usanardı,
Dilbər ("Ey dilbəranə tərzdə cövlan edən cocuq!")Ey dilbəranə tərzdə cövlan edən cocuq!Yeksər musurmanın ürəyin qan edən cocuq!
Bəxtəvər ("Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!")Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!
Başqa şairlərin şeirləri · Satira
Mirzə Fətəliyə*Xəbər alsan bu vilanın əhvalın, –
Özündən razıYaşadı, həmişə özündən dedi,Göydəki günəşə özündən dedi.
Ətəbata çağırıblar ki, Süpehdar gedibƏtəbata çağınblar ki, Süpehdar gedib,Əvəzindən haımnın rövzədə züwar olsun.
XanbacıXanbacı, bu kişilər bizdə həya qoymadılar,Etməmiş zülmü sitəm, cövrü cəfa qoymadılar.