هیچ جوینده ندانست که جای تو کجاست
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
هیچ جوینده ندانست که جای تو کجاستآخر ای خانه برانداز سرای تو کجاست؟
روزنی نیست که چون ذره نجستیم تراهیچ روشن نشد ای شمع که جای تو کجاست
گر وفای تو فزون است ز اندازه ماآخر ای دلبر بیرحم، جفای تو کجاست؟
جنگ و بدخویی و بیرحمی و بی پرواییهمه هستند به جا، صلح و صفای تو کجاست؟
ای نسیم سحر، ای غنچه گشاینده دلوقت یاری است، دم عقده گشای تو کجاست؟
بوسه ای از لب شیرین تو ای تنگ شکرما گرفتیم نخواهیم، عطای تو کجاست؟
Məqtə — şairin təxəllüsü olan son beyt. صائب از گرد خجالت شده در خاک نهانموجه رحمت دریای عطای تو کجاست
Hardasan, çox gəzmişəm, ey nazlı canan, hardasan?Bir məkanın yoxmudur, söylə, doğrudan hardasan?
Çünki bir yer qalmadı biz gəzməyək əldə çıraq,Qətrə tək bəs olmusan sən harda pünhan, hardasan?
Gər vəfan həddən aşıbsa, görmədik biz ki, vəfa,Qorxuram mən həddini aşmış cəfandan, hardasan?
O şəkər tək ləblərindən busəni etdin əta,Rəhm qıl, saxla məni bir gecə mehman, hardasan?
Ey nəsimi-sübh tək qönçələri xəndan edən,Gəl, fərağında ürək oldu tamam qan, hardasan?
Məqtə — şairin təxəllüsü olan son beyt. Gəlmədin, girdim yerə mən də xəcalətdən, inan,Rəhm qıl sən Saibə, ey coşğun ümman, hardasan?
Kitabxana.az · https://kitabxana.az/works/saib-qezel-1414
← → düymələri ilə keçid, R — təsadüfi şeir