ما نه آنیم که ما را به زبان باید جست
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
ما نه آنیم که ما را به زبان باید جستیا ز هر بی سروپا نام و نشان باید جست
اهل دل را به دل و اهل نظر را به نظردوستداران زبان را به زبان باید جست
مهر هر چند که در ذره نگردد پنهانهمه ذرات جهان را به گمان باید جست
گرچه از بید ثمر خواستن از بی بصری استبوی گل از نفس سرد خزان باید جست
بی نشان را به نشان گرچه خبر نتوان یافتخبر کعبه ز هر سنگ نشان باید جست
نتوان پشت به دیوار تن آسانی دادخبر آب ز هر تشنه روان باید جست
هر گلی را چمنی، هر صدفی را گهری استاز دم پیر مغان، بخت جوان باید جست
عمرها نافه صفت خون جگر باید خوردوانگه از دل نفس مشک فشان باید جست
مهر روشن نکند خانه بی روزن رادل بیدار ز چشم نگران باید جست
چه خبر از دل رم کرده ما دارد چرخ؟ناوک سخت کمان را ز نشان باید جست
Məqtə — şairin təxəllüsü olan son beyt. صائب این آن غزل سید یزدست که گفتاهل دل را به سراپرده جان باید جست
Biz olardan deyilik, dillə əyan axtarasan,Ya da heç tapmayasan, nami-nişan axtarasan.
Ürək əhlin sən ürəkdə, nəzər əhlin gözdə,Dildə dostluq edəni dildə hər an axtarasan.
Sevgi bir zərrədə gizlənməz, ona şübhən var?Nəyə vardırsa əgər səndə güman, axtarasan.
Bir nişan olmadan heç kəs çata bilməz hədəfə,Kəbəyə çatmaq üçün yolda nişan axtarasan.
Hər sədəfdə gövhəri, ya da çəmənlikdə gülü,Ya xərabat piritək bəxticavan axatarasan.
Arzu etməklə işıqlanmaz otaq, yoxsa baca,Nigaran qəlb olacaq gözdə əyan, axtarasan.
O duyan qəlbə əsərsiz qala bilməz naləm,Atmaq üçün oxunu öncə kaman axtarasan.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bunu Saib o Seyid Yəzdiyə yazmışdı cavab,Arif aşiqlər olur qəlbdə nihan, axtarasan.
Kitabxana.az · https://kitabxana.az/works/saib-qezel-1578
← → düymələri ilə keçid, R — təsadüfi şeir