ترک یاران کرده ای ای بیوفا، یار این کند؟دل زپیمان برگرفتی، هیچ دلدار این کند؟

Dostları tərk etsə, ancaq bivəfa yar eyləyər,Öncə peyman bağlayır, sonra o, inkar eyləyər.

ترک ما کردی و کردی دشمنی با دوستانشرم بادت زین عملها، یار با یار این کند؟

Bizi tərk etmək ilə düşməni sən şad eylədin,İnana bilməyirəm ki, bunu dildar eyləyər.

جور تو با عاشق سرگشته امروزینه نیستآزمودم عشق را صدبار، هر بار این کند

Aşiqə sən etdiyin bu zülmü heç kəs etməmiş,Eyləməz məşuq bunu, etsə, sitəmkar eyləyər.

طالب عشق رخ خوب تو بودم سالهاخود ندانستم که با من آخر کار این کند

İllər ilə hüsnünü görmək üçün qəm çəkmişəm,Bilmədim, bu iş məni axır bu cür zar eyləyər.

Məqtə — şairin təxəllüsü olan son beyt. نرگست در عین بیماری کند قصد دلمکس ندانم در جهان با هیچ بیمار این کند

Məqtə — şairin təxəllüsü olan son beyt. Gözlərin qəsd eylədi axırda Saib könlünə,Eylə bir dərd yox gözüntək, xəlqi bimar eyləyər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq