داغ اولدی درونیمده منیم ناز محبتمین دورلو صدا ویرمه ده در ساز محبت

Dağ oldu dərunumda mənim nazi-məhəbbətMin dürlü səda verməkdədir sazi-məhəbbət

چشمون که ایده لطفله عشاقه تبسمعمرینده اولور محرم (و) همراز محبت

Çeşmin ki edə lütflə üşşaqa təbəssümÖmründə olur məhrəm (və) həmrazi-məhəbbət

مین جورینه معتاد ایکن اول عاشق زارینایتمز نه قدر ایتمه سن اعزاز محبت

Min cövrünə mö'tad ikən ol aşiqi-zarınEtməz nə qədər etməsən e'zazi-məhəbbət

Məqtə — şairin təxəllüsü olan son beyt. مستانه ایدیب نازیله اول چشم سیاهیگوستر دل صائب کیمی اعجاز محبت

Məqtə — şairin təxəllüsü olan son beyt. Məstanə edib nazilə ol çeşmi-siyahiGöstər dili-Saib kimi e'cazi-məhəbbət

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri