مین دل محزونیله بیر تازه قربانیز هلهزخم تیر غمزه مستینله بیجانیز هله

Min dili-məhzunilə bir tazə qurbanız hələZəxmi-tiri-qəmzəyi-məstinlə bicanız hələ

اولمادان غم چکمه ریز دور زمانیندان سنینناله و آه ایتمه ده دل ایندی حیرانیز هله

Olmadan qəm çəkməriz dövri-zamanından səninNalə vü ah etmədə dil indi heyranız hələ

لطف ایدرسن، گرچه سن اغیاره هر دم دوستیمروز و شب بیز فرقتینله زار و نالانیز هله

Lütf edərsən, gərçi sən əğyara hər dəm dostumRuzü-şəb biz fürqətinlə zarü-nalanız hələ

عید وصلینه مشرف اولمادان اغیار دوندستینی بوس ایله دیک بیزاونلا شادانیز هله

Eydi-vüslünə müşərrəf olmadan əğyar dünDəstini bus eylədik biz onla şadanız hələ

Məqtə — şairin təxəllüsü olan son beyt. دام دوزخ ایچره اغیار اولماسین اصلا خلاصصائبا بیز جنت دلداره مهمانیز هله

Məqtə — şairin təxəllüsü olan son beyt. Dami-dozax içrə əğyar olmasın əsla xilasSaiba biz cənnəti-dildara mehmanız hələ

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri