جان به لب داریم و همچون صبح خندانیم ما
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
جان به لب داریم و همچون صبح خندانیم مادست و تیغ عشق را زخم نمایانیم ما
می توان از شمع ما گل چید در صحرای قدسزیر گردون چون چراغ زیر دامانیم ما
بر بساط بوریا سیر دو عالم می کنیمبا وجود نی سواری برق جولانیم ما
حاصل ما نیست غیر از خارخار جستجوگردباد دامن صحرای امکانیم ما
از سیاهی داغ ما هرگز نمی آید بروندر سواد آفرینش آب حیوانیم ما
پشت چون آیینه بر دیوار حیرت داده ایمواله خار و گل این باغ و بستانیم ما
وحشی دارالامان گوشه تنهایی ایمدشت دشت از سایه مردم گریزانیم ما
دولت بیدار، گرد جلوه شبرنگ ماستاز صفای سینه صبح پاکدامانیم ما
گرچه در ظاهر لباس ماست از زنگار غماز طرب چون پسته زیر پوست خندانیم ما
از شبیخون خمار صبحدم آسوده ایممستی دنباله دار چشم خوبانیم ما
عالمی بی زخم خار از بوی ما آسوده انددر سفال عالم خاکی چو ریحانیم ما
خرقه از ما می ستاند نافه مشکین نفساز هواداران آن زلف پریشانیم ما
چشم ما چون زاهدان بر میوه فردوس نیستتشنه بویی ازان سیب زنخدانیم ما
مشرق خورشید و مه را گل به روزن می زنیماز نظربازان آن چاک گریبانیم ما
گرچه در نظم جهان کاری نمیآید ز مااز حدیث راست، سرو این خیابانیم ما
زنده از ما می شود نام بزرگان جهاناین ریاض بی بقا را آب حیوانیم ما
هر که با ما می کند نیکی، نمی پاشد ز همرشته شیرازه اوراق احسانیم ما
روزی ما را ز خوان سیر چشمی داده اندبی نیاز از ناز نعمت های الوانیم ما
صاحب نامند از ما عالم و ما تیره روزچون نگین در حلقه گردون گردانیم ما
حلقه چشم غزالان حلقه زنجیر ماستدایم از راه نظر دربند و زندانیم ما
Məqtə — şairin təxəllüsü olan son beyt. گر چراغ بزم عالم نیست صائب کلک ماچون ز بخت تیره دایم در شبستانیم ما؟
Can boğazda, sübhtək biz indi nalan olmuşuq,Dərdimiz çıxmış üzə, eşqi nümayan olmuşuq.
Ol müqəddəs yerdə də şamtək yanar şerim mənim,Min təəssüf ki, ətək altında pünhan olmuşuq.
Gərçi zahirdə libasım köhnəlib qəmdən mənim,Püstətək çıxdıq qabıqdan, biz də xəndan olmuşuq.
Kim bizə yaxşı olarsa, qəm yeməz heç bir zaman,Çünki şirazə kimi dəftərlərə can olmuşuq.
Qarğının hər şadlığında iki aləm cəm olub,Bizsə şimşəklər kimi göylərdə cövlan olmuşuq.
Bu geniş səhrada qismət bir tikan olmuş bizə,Çöldəki toz-torpağa sahibi-imkan olmuşuq.
Söykənibdir aynatək divara indi arxamız,Bu bağa, bu bostana baxmaqla heyran olmuşuq.
Göz-göz olmuş yarəmiz köz bağlayıbdır qapqara,Bu səbəbdəndir ki, biz indi pərişan olmuşuq.
Süfrəyə baxmaq olub dünyada qismət bizlərə,Rəngbərəng nemət görüb, süfrəsi əlvan olmuşuq.
Boynuma zəncir salıb həlqəyə bənzər gözlərin,Gözləri yolda qalan bir əhli-zindan olmuşuq.
Biz ki cənnət meyvəsindən ummadıq zahid kimi,Almatimsal üzlərin ətrinə mehman olmuşuq.
Məşriqin ulduzların bənzətmişəm mən güllərə,İndi o güldən sarı qəlbi dolu qan olmuşuq.
Ətrimiz olsa, o torpaqda tikan da gül açar,Özgə bir aləmdi o, biz orda reyhan olmuşuq.
Darüləmanda olan tək-tənhalıq küncündəyik,Qaçdıq insandan uzaq, əhli-biyaban olmuşuq.
Hər gecə məsti-xumar olsaq da, sübh asudəyik,Lakin o yarın gözündə məsti-viran olmuşuq.
Bizdən almışdır libasın mişgi-ənbər məskəni,Bu səbəb olmuş ki, biz dillərdə dastan olmuşuq.
Biz qarabəxtik, fəqət aləm bizimlə namidar,Bir üzüktək barmaği-dövranda cövlan olmuşuq.
Aləmi nəzmi-nizama salmağa acizlərik,İndi bu düzlüklə biz sərvi-gülüstan olmuşuq.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bu həyat bəzmində, Saib, şam kimi yanmır qələm,Neyləyək, biz hər zaman əhli-şəbistan olmuşuq.
Kitabxana.az · https://kitabxana.az/works/saib-qezel-281
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Budu gəldi bahar fəsli,Dağların lala vaxtıdı.
SəndədirGetmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
Ey qoyan könlümə qan, oldumu hüsnün faniEy qoyan könlümə qan, oldumu hüsnün fani,Tapdımı xarü xəsi-xüşk o tər bostani?
BirAbı çeşmin göllərdə sona da bir, qaz da bir,Süsən sünbül, mor bənövşə, bülbül ötər yazda bir.