قدرت حرف گرفتند و زبانم دادند
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
قدرت حرف گرفتند و زبانم دادندپای رفتار شکستند و عنانم دادند
آب را در جگر سنگ حصاری کردندجگری تشنه تر از ریگ روانم دادند
ظاهر و باطن من آینه یکدگرندسینه ای صافتر از آب روانم دادند
چشم پوشیده تماشای رخش می کردمبه چه تقصیر دو چشم نگرانم دادند؟
خامه ام، گفت و شنیدم به زبان دگری استمن چه دانم چه سخنها به زبانم دادند
سالها در پی بی نام و نشانان رفتمتا به سر منزل مقصود نشانم دادند
Məqtə — şairin təxəllüsü olan son beyt. لب پرخنده گرفتند گر از من صائببه تلافی مژه اشک فشانم دادند
Sözümü aldı, mənə dinməyə imkan verdi,Sındırıb qıçlarımı, get, deyə fərman verdi.
Bulağın gözlərinə daş basıb aldı hasara,Bu yanan köksümə o qumlu bir ümman verdi.
Aynaya bənzəri var zahir ilə batinimin,Bəxt könül aynamı sildi, mənə əlvan verdi.
O günəş ki, nuruna qərq eləyib yer üzünü,İşığından mənə bir zərrəcə ehsan verdi.
Bağlı gözlər onun ay hüsnünə heyransa əgər,Mənə göz verdi, demək, baxmağa imkan verdi.
O əqiq ləblərini yar mənə verdikdə nişan,Qəlbimi aldı əlimdən, mənə o, can verdi.
Qələmim özgə dil ilə sözümə verdi cavab,Bu dili bilmədim, o öyrənib hardan, verdi?
Sadə insanların ardınca dolandım bir ömür,Haqq mənim məqsədimi təkcə bu yoldan verdi.
Məqtə — şairin təxəllüsü olan son beyt. Dodağımdan gülüşü aldı o, ancaq, Saib,Əvəzində yarına ox kimi müjgan verdi.
Kitabxana.az · https://kitabxana.az/works/saib-qezel-3500
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Sübhdəm gülzar içində çaldı bülbül ərğənun,Əyyuhəl-uşşaq qum, və innəkum la təsməun
Mavi rəngli bu yer üzündə bəşərKordu, ancaq gözətçilik eylər.
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,