به هر سیاه درون مشنوان ترانه خویشزمین پاک طلب کن برای دانه خویش

زبان خویش به دیوار تا توان مالیدقدم برون مگذار از درون خانه خویش

گناه زشتی خود را بر آبگینه منهمکن چو تنگدلان شکوه از زمانه خویش

دل خراب ز خاک مراد کمتر نیستبخواه حاجت خود را ز آستانه خویش

درین دو هفته که گل میهمان این چمن استمباش درپی تعمیر آشیانه خویش

چو زلف ماتمیان در هم است کارجهانازین بلای سیه دور دار شانه خویش

کمند گوهر مقصود رشته اشک استمکن چو شمع قضا گریه شبانه خویش

Məqtə — şairin təxəllüsü olan son beyt. به نیم جو نخرد خرمن فلک صائبز عقده دل خود هر که ساخت دانه خویش

Zənn eyləmə, əks eyləyər hər yer təranəni,Münbit deyilsə torpaq əgər, səpmə danəni.

Göyçək deyilsə çöhrən əgər, ayna neyləsin?Etmə şikayətinlə günahkar zəmanəni.

Gültək ikicə həftədi ömrün, hədər etmə,Çox da bəzəmə zövq ilə sən aşiyanəni.

Dünyanın işi yas tutanın zülfünə bənzər,Salma bu bəla girdabına sən də şanəni.

Şamtək gözünün yaşlarını tökmə hər axşam,Bu ağlamağa tapmısan hardan bəhanəni?

Yüz xəznə ola, dərdimə qiymət ola bilməz,Verməm zərə bu solmuş üzü – aşiqanəni.

Qəm karvanının zərrəsidir ömrüdə anlarQəmsiz görürəm mən vəli hər an bu xanəni.

Divarə acıqdan dilini surtsən əgər, sürt,Tərk etməginən sən evini, bu viranəni.

Yusif kimi zindan ola hərgah ata yurdum,Kim dərdi verib, aldı fələkdən xəzanəni.

Məqtə — şairin təxəllüsü olan son beyt. Azadəliyi xoşdu, kasıb olsa da Saib,Girməz qəfəsə, səpmə ora sən də danəni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale