به اعتبار جهان هیچ کار نیست مرا
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
به اعتبار جهان هیچ کار نیست مرادماغ دشمنی روزگار نیست مرا
چو تخم سوخته خاکسترست حاصل منامید تربیت از نوبهار نیست مرا
به بر و بحر چو گوهر یکی است نسبت منگشایشی ز میان و کنار نیست مرا
اگر به خاک برابر کند مرا گردونبه دل غباری ازین رهگذار نیست مرا
به پاسبانی اوقات خویش مشغولمبه هیچ کار جهان، هیچ کار نیست مرا
یکی است مطلب من چون موحدان جهاندو چشم در ره مطلب چهار نیست مرا
ز فکر نعمت الوان به خون نمی غلطمبه سینه داغی ازین لاله زار نیست مرا
ز خارخار تمنا بریده ام پیونددل از تردد خاطر فگار نیست مرا
به دست و دوش نسیم است رهنوردی منوگرنه برگ سفر چون غبار نیست مرا
چو آب آینه ام برقرار خود دایمز موج حادثه دل بی قرار نیست مرا
یکی است در نظر من بلند و پست جهانز هیچ مرتبه ای فخر و عار نیست مرا
Məqtə — şairin təxəllüsü olan son beyt. در امید برآورده ام به گل صائبدو چشم در گرو انتظار نیست مرا
Bu cahanda heç nəyə, bil, etibarım yox mənim,Çün zəmanəylə döyüşməkçün qərarım yox mənim.
Odlara yanmış toxumdur bu həyatda hasilim,Ömr ötüb keçdi daha, heyhat, baharım yox mənim.
Dərya ilə gövhərin fərqi, inan, yoxdu mənə,Mən elə bir dəryayam ki, heç kənarım yox mənim.
Torpağa döndərsə dövran yolların üstə məni,Bil ki, dövrandan bir özgə intizarım yox mənim.
Öz halımla qalmağım bəsdir mənimçün dünyada,Çün həyatın işləriylə indi karım yox mənim.
Hamı tək bir istəyim vardır bu aləmdə fəqət,Gözlərəm öz arzumu, özgə qərarım yox mənim.
Mən ki, əlvan nemət üçün içmədim qəlbin qanın,Bu səbəbdən sinəm üstə laləzarım yox mənim.
Taleyim yarpaq kimi qonmuş nəsimin çiyninə,Hər zaman yollardayam, heç bir qubarım yox mənim.
Ayna tək əks eyləmək olmuş əzəldən qismətim,Ayna tək əks etməməkdə ixtiyarım yox mənim.
Bu həyatda olmadım mən rütbə, mənsəb düşgünü,Çünki heç bir şöhrətə yox iftixarım, yox mənim.
Məqtə — şairin təxəllüsü olan son beyt. Var ümidi Saibin də bir gül olsun qisməti,Gözlərim olsun girov, özgə madarım yox mənim.
Kitabxana.az · https://kitabxana.az/works/saib-qezel-613
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ey gül, rəhmin kəsmə məndən,Valehü heyranınam mən.
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Fəsli-gül oldu, gülüm, cami-güləfşan gətirKeçdi dünənki xumar, indi mənə can gətir!
Eylə məstəm bilməzəm kim, mey nədir, mina nədirEylə məstəm bilməzəm kim, mey nədir, mina nədir!Gül nədir, bülbül nədir, sünbül nədir, səhra nədir!