ز جلوه های صنوبرقدان ز راه مرو
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
ز جلوه های صنوبرقدان ز راه مرونگاهداری دل کن، پی نگاه مرو
دل دو نیم نداری به گوشه ای بنشینبه لافگاه محبت به یک گواه مرو
به تیغ بازی امواج برنمی آییحباب وار درین بحر با کلاه مرو
چو غنچه دست و رخی تازه کن به شبنم اشکنشسته روی به دیوان صبحگاه مرو
ز چشم نرمی دشمن فریب عجز مخوردلیر بر سر این آب زیر کاه مرو
سپاه غیرت حق با شکستگان یارستچو فتح روی دهد از پی سپاه مرو
زمین وقف دل زنده را به خاک کنداگر ز زنده دلانی به خانقاه مرو
مرا ز خضر طریقت نصیحتی یادستکه بی گواهی خاطر به هیچ راه مرو
Məqtə — şairin təxəllüsü olan son beyt. سزای توست تپیدن به خاک و خون صائبنگفتمت پی آن ترک کج کلاه مرو؟
Düşmə sən ardına o sərvi-rəvanın, getmə,Oğrun-oğrun bax ona, vardı ziyanın, getmə.
Ürəyin yanmır əgər, onda çəkil küncə, otur,Gər bu eşq məbədinə yoxsa gümanın, getmə.
Dalğanın zərbəsinə tab gətirə bilməz hübab,Yoxdu bu dəryada bir darüləmanın, getmə.
Qönçətək yu üzünü gözlərinin yaşı ilə,Sonra da əyləş, əgər varsa divanın, getmə.
Əğyarın mehrinə aldanma, həqiqət deyil o,Fürsəti olsa, tökər xəlvəti qanın, getmə.
Yaxşı bil, gücsüz olan kəslərə haqq arxa durar,Düşmə ardınca önündən o qaçanın, getmə.
Vəqf olan yerdə görübsənmi könüllər şad ola?Xeyiri yoxdu sən üçün, bil, o məkanın, getmə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Yeri var, Saib əgər batsa qana, çox demişəm,Fitnəkardır o gözəl, heyfidi canın, getmə.
Kitabxana.az · https://kitabxana.az/works/saib-qezel-6527
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Badi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
HərbzadələrəEy görünməz dost elindən gələn quş!Hansı murdar əllər yıxmış yuvanı?
GülməlidirMən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm,Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm.
Uca dağların başındaUca dağların başında,Duman olu, çiskin olu.