منه بر دل زار بار جهان را
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
منه بر دل زار بار جهان راسبک ساز بر شاخ گل آشیان را
نفس آتشین کن به تسخیر گردونکه آتش کند نرم، پشت کمان را
چو شد زهر عادت، مضرت نبخشدبه مرگ آشنا کن به تدریج جان را
همین است پیغام گلهای رعناکه یک کاسه کن نوبهار و خزان را
دل صاف در بند دنیا نماندبه تدریج گوهر خورد ریسمان را
بود کیمیا قرب اهل سعادتهما مغز دولت کند استخوان را
برآور ز دل آه گردون نوردیز سر باز کن این شرار و دخان را
ز تن دست بردار و جان را صفا دهکه آیینه چشم است آیینه دان را
به غیر از زیان نیست در خودفروشیاگر سود خواهی ببند این دکان را
ز معراج منصب مجو پایداریکه بر یخ بود پای این نردبان را
بود غیبت خلق، مردارخواریبپرداز ازین لقمه کام و زبان را
ز گوهر دهد لقمه ات ابر نیساناگر چون صدف پاک سازی دهان را
نکرد آسمان راست قامت در اینجاتو خواهی کنی راست، کار جهان را؟
تکلف مکن در سلوکی که داریچو خواهی که از خود کنی میهمان را
به زنجیر، دیوانه ننشیند از پاچه پروای موج است آب روان را؟
فلک را مترسان به آه دروغینکه از تیر کج نیست پروا نشان را
به اشکی توان کند بنیاد غفلتکه یک قطره، سیل است خواب گران را
Məqtə — şairin təxəllüsü olan son beyt. جهان استخوانی است بی مغز صائببه پیش سگ انداز این استخوان را
Yük etmə qəlbinə dərdin cahanın,Quş asmaz hər budaqdan aşiyanın.
Yalandan çəkmə ah, qorxa fələklər,Əyilsə, ox vurarmı öz nişanın?
Sağalmaz, Məcnunu zəncirləsən də,Qəmi yox dalğadan çayda batanın.
Zamanı fəth elə odlu nəfəslə,Belini odda əymişlər kamanın.
Gözəl güllər sifariş eyləmişlər,Qırın sərhəddini yazla xəzanın.
Sədəftək ağzını pak eyləsən sən,Udarsan gövhərini asimanın.
Zəhərdən qıl həzər, adət edərsən,Zəhərlə məhv olar axırda canın.
Canın əldən gedir, bundan nə fayda,Olar faydası hər dərdə davanın.
Vəzifə nərdivanilə ucalma,Buz üstədir ayağı nərdivanın.
Göyün ki, qaməti qövsə dönübdür,Çətindir düz gedə işi cahanın.
Axan göz yaşları bir gün sel olsa,Yıxar qəflət evin, olsun gümanın.
Sən öz xasiyyətinlə çox öyünmə,Öyün ki, razı qaldı mehimanın.
Canı çox bəsləmə, ruha fikir ver,Axı ayna gözüdür aynadanın.
Məqtə — şairin təxəllüsü olan son beyt. Beyinsiz boş qəfəsdi dünya, Saib,Sümüyü at, it olsun mehribanın.
Kitabxana.az · https://kitabxana.az/works/saib-qezel-845
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Könlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,