ندیده چشم چنین آهوی ختا در خوابکه سر زند ز لبش حرف آشنا در خواب

Belə bir ahu gözü görməyib heç yan yuxuda,Qəribə söhbət edir bir para insan yuxuda.

غزال قدس به آن چشم نیمخواب که هستبه گرد چشم سیاهش رسد کجا در خواب

O qara gözlərə düşməz yuxu əsla yaxına,Görmüsən gözlərini heç yuma ceyran yuxuda?

شبی گذشت ترا خوش که از پریشانینرفت یک مژه تا صبح چشم ما در خواب

Sənə xoş keçdi gecə, bizsə pərişan olduq,Sübhədək gözlərimə qonmadı bir an yuxu da.

ز بیم بوسه شکاران بوالهوس پیشه (است)که حرف می زند آن چشم سرمه سا در خواب

Busə aşiqlərinin hər gecə artar həvəsi,Sürməli gözlər olarsa ona mehman yuxuda.

سحر شکفته تر از گل ز خواب برخیزدبه دست طفل گذارند چون حنا در خواب

Gül kimi açdı səhər, sanki uşaq əllərinəHəna qoymuş anası zövq ilə pünhan yuxuda.

Məqtə — şairin təxəllüsü olan son beyt. ز بخت سبز امیدم همین بود صائبکه لعل یار ببوسم به مدعا در خواب

Məqtə — şairin təxəllüsü olan son beyt. Yarın ol ləl-ləbindən bir öpüş almaq üçünSaib istər ki, ola sevgili canan yuxuda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq