گل کیمی هر کیم که گلزار ایچره نقد جانی وارسعی ایلر توکسون سنین یولوندا تا امکانی وار

Gül kimi hər kim ki gülzar içrə nəqdi-cani varSəy eylər töksün sənin yolunda ta imkanı var

تا ایاغین توپراغینا توکمسون دوتماز، قرارهر کیمین مجلسده میناتک بیر آوج قانی وار

Ta ayağın torpağına tökməsin tutmaz qərarHər kimin məclisdə mina tək bir ovuc qanı var

نه عجب عاشقلری گر باشدان آچسون نازایلنکاکل مشکین کیمی هر کیم که سرگردانی وار

Nə əcəb aşiqləri gər başdan açsın naz iləKakili-müşkin kimi hər kim ki sərgərdanı var

ایچمامیش جان بخشلر نظاره دن عاشقلرهترلو رخسارین عجایب چشمه حیوانی وار

İçməmiş canbəxşlər nəzzarədən aşiqlərəTərli ruxsarın əcaib çeşməyi-heyvanı var

ایلیوپدور نقطه خالین منی پرگار سیزیوخسا دریا اوزره هر بیر قطره نین دورانی وار

Eyləyibdir nöqteyi-xalın məni pərgarsızYoxsa dərya üzrə hər bir qətrənin dövranı var

گز دیریرلر ال به ال داغین کونوللر پاره سییرده قالماز جام تک هر کیم که ایستی قانی وار

Gəzdirirlər əl-bəəl dağın könüllər parasıYerdə qalmaz cam tək hər kim ki isti qanı var

پوچ دی هر سوز که دییرلر معرفتدن اهل قالبحردن چیخماز صدف تا گوهر غلطانی وار

Puçdur hər söz ki deyirlər mərifətdən əhli-qalBəhrdən çıxmaz sədəf ta gövhəri-qəltanı var

Məqtə — şairin təxəllüsü olan son beyt. چوخ دگول حیرت یری گروارسا شیرین سوزلریطوطی نین صائب نظرده گوزگی تک میدانی وار

Məqtə — şairin təxəllüsü olan son beyt. Çox deyil heyrət yeri gər varsa şirin sözləriTutinin Saib nəzərdə güzgü tək meydanı var

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar