چیخارتدی خط و منم زلف مبتلاسی هنوز
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
چیخارتدی خط و منم زلف مبتلاسی هنوزدوگون ساقالدی و باشیمده دور قراسی هنوز
Çıxartdı xət və mənəm zülf mübtəlası hənuzDüyün saqqaldı və başımdadır qarası hənuz
خطین غباری قویاشی اگر چه یاشوردیگوزیمی خیره قیلور یوزینین صفاسی هنوز
Xətin qübarı qoyaşı gərçi yaşırdıGözümü xirə qılır üzünün səfası hənuz
بهار ایدنده نه قانلار که تو کدی گوزلردنخزان اولاندا نلر ایلسون حناسی هنوز
Bahar edəndə nə qanlar ki tökdü gözlərdənXəzan olanda nələr eyləsin xınası hənuz
سو واردیلار قلیجیندان مگر گلستانی؟که بیر بیرینه قاوشماز گلین یاراسی هنوز
Su verdilər qılıncından məgər gülüstanı?Ki bir-birinə qovuşmaz gəlin yarası hənuz
حیات سویینه بیر داغ قویدی رشک لبینکه گیچدی عمر ابد توشمدی قراسی هنوز
Həyat suyuna bir dağ qoydu rəşki-ləbinKi keçdi ömri-əbəd düşmədi qarası hənuz
محیط عشق آرا، من اول حباب بی باکمکه گیتدی باشیم و باشیمده دورهواسی هنوز
Mühiti-eşq ara, mən ol həbabi-bibakəmKi getdi başım və başımdadır havası hənuz
Məqtə — şairin təxəllüsü olan son beyt. وصال امیدینه عمرین گچیتدی کوییندهیتیشمز ایشلرینه صائبین دعاسی هنوز
Məqtə — şairin təxəllüsü olan son beyt. Vüsal ümidinə ömrün keçirdi küyündəYetişməz işlərinə Saibin duası hənuz
Kitabxana.az · https://kitabxana.az/works/saib-turki-qezel-8
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydı,Deyib danışmağa cananilən fərağət olaydı.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənEy sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.
Qu quşunun nəğməsiDeyirsən: “Məhəbbət şerlərininHamısı qısadır – bir bənd, iki bənd”