کونلوم اول مخمور گوزلردن دگول آزارسیز
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
کونلوم اول مخمور گوزلردن دگول آزارسیزکیم گوروپدور بوخراب اولموش ایوی بیمار سیز
Könlüm ol məxmur gözlərdən deyil azarsızKim görübdür bu xarab olmuş evi bimarsız
ال به ال گلزاردن خورشید دامانین دوتاراوزگوزین هرکیم که شبنم تک قیلور زنگار سیز
Əl-bəəl gülzardan xurşid damanın tutarÖz gözün hər kim ki şəbnəm tək qılır zəngarsız
چکمدی بلبل نفس تا گیتدی گل گلزاردنهیچ کافر قالماسون یارب جهاندا یارسیز!
Çəkmədi bülbül nəfəs ta getdi gül gülzardanHeç kafir qalmasın, ya rəb, cahanda yarsız!
خاکسار لیخ پیشه قیل، تا فیض حق یتسون سنهکولگه سالماز مهر تابان باشلارا دیوار سیز
Xaksarlıq peşə qıl, ta feyzi-həq yetsin sənəKölgə salmaz mehri-taban başlara divarsız
کفر سیز گر ممکن اولسیدی نظام آب و گلباش دوتاردی سبحه نین جمعیتی زنار سیز
Küfrsüz gər mümkün olsaydı nizami-abü-gilBaş tutardı sübhənin cəmiyyəti zünnarsız
Məqtə — şairin təxəllüsü olan son beyt. درد و داغ عشق ایلن صائب اولور انسان ملککامل اولماز سیم و زر مغشوش اولاندا نارسیز
Məqtə — şairin təxəllüsü olan son beyt. Dərdü-dağı eşq ilə Saib olur insan mələkKamil olmaz simü-zər məğşuş olanda narsız
Kitabxana.az · https://kitabxana.az/works/saib-turki-qezel-9
← → düymələri ilə keçid, R — təsadüfi şeir